“Falçı deyib ki, “Bravo”ya basqının nəticəsi yaxşı olacaq” - Məhkəmə prosesi
15-11-2023 [20:17]
“Bravo” hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.
D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.
Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.
D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və “Bravo”ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:
“Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədov da işə cəlb edildi. Azərin “BMW X5” markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi”.
D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:
“Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?”-deyə hakim soruşub.
Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:
“Mənə təzyiq göstərdilər, ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm”.
Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə təzyiq altında ifadə verdiklərini deyiblər.
Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:
“Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm”.
Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:
“İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir”.
Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib.
Prosesin sonunda təqsirləndirilən şəxslərin təsyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib.
Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib.
Növbəti proses dekabrın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi