Bəşər Əsəd, qardaşı və daha iki general barədə həbs qərarı çıxarıldı - Şərqi Qutadakı qırğına görə
15-11-2023 [17:25]
Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham edəərk, barəsində həbsinə orderi verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində 1400 mülki şəxsin ölümü ilə nəticələnən kimyəvi hücumla bağlı Əsəd haqqında həbs qərarı çıxarılıb.
Məhkəmə tərəfindən həbs qərarı çıxaranlar arasında Əsədlə yanaşı, qardaşı, Suriya ordusu 4-cü diviziya komandiri Mahir Əsəd və ordunun iki generalı da var.
Paris məhkəməsi onların hamısını 2013-cü ildə Şərqi Qutada kimyəvi hücumda və hərbi cinayətlərdə iştirakda ittiham edib.
Məlumata görə, Fransa onlar barəsində 2021-ci ildə Suriya Media və İfadə Azadlığı Mərkəzi, vəkillərdən ibarət Açıq Cəmiyyət Ədalət Təşəbbüsü və Suriyada insan haqları pozuntularını qeydə alan Suriya Arxivinin şikayəti əsasında məsuliyyətə cəlb edib.
Xatırladaq ki, Suriya rəhbərliyi 21 avqust 2013-cü ildə paytaxt Dəməşqin Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə edərək 1400-dən çox dinc sakini qətlə yetirib.
Qırğın zamanı əksəriyyəti qadın və uşaq olmaqla minlərlə dinc sakin də zəhərli qazlardan təsirlənib.
Şərqi Quta Suriya administrasiyasının 2018-ci ildə ən sərt blokada tətbiq etdiyi və demək olar ki, bütün silahlardan istifadə etdiyi bölgə oldu.
Bölgədəki müxaliflər Dəməşq rəhbərliyi və Rusiya ilə bağladıqları məcburi razılaşma nəticəsində 2018-ci ilin aprelində Şərqi Qutanı boşaltmalı olub.
5 illik mühasirədən çıxan dinc sakinlər hazırda ölkənin şimalında müxalifətin nəzarətində olan ərazilərdə sağ qalmaq üçün mübarizə aparır.
Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına görə, Dəməşq rəhbərliyi Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə 217 kimyəvi silah hücumu həyata keçirib.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi