Son zamanlar Azərbaycan həbsxanalarında saxlanma şəraitinin dözülməz vəziyyətdə olması, məhbuslara qarşı törədilən qanuna zidd hərəkətlər, işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə barışmayan bir sıra məhbuslar aidiyyatı qurumlara və dövlət başçısına müraciət edərək kömək istəyirlər. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri həll etmək əvəzinə müraciət müəlliflərinə divan tutmaq yolunu seçib. Verilən məlumatlara görə bir neçə gün öncə 12 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluq, korrupsiya və işgəncə halları barədə dövlət başçısına müraciət edərək onu adı çəkilən həbsxanaya dəvət edən məhbuslara müəssisənin rəhbərliyi tərəfindən şiddətli şəkildə təzyiqlər edilir.
Aidiyyatı qurumlara etdikləri müraciətə görə təzyiqlərə məruz qalan məhbusların bir qismi də Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük məhbuslardır. Bu barədə "Siyasi Məhbuslarsız Azərbaycan” İctimia Alyansına adı çəkilən həbsxanada cəza çəkən məhbus Şakir Hacımurad oğlu Rzaxanovun anası Müslimat Rzaxanova rəsmi məktubla müraciət edərək bildirib.
Məktubda deyilir; "Qobustan həbsxanasında ömürlük cəza çəkən oğlum Rzaxanov Şakir Hacımurad oğlumun məhv edilməsinə yönəldilmiş, ona qarşı təzyiq və işgəncələr davam edir, həyatına real təhlükə yaranıb. 06 iyun tarixdə aldığım məlumata görə Şakir çox çətinliklə görüş ala bildiyi vəkili İlqar Abdullayevlə görüşündən dərhal sonra cəzalandırılaraq 15 sutkalıq cərimə təcridxanasına köçürülüb. Həbsxanada baş verənlər barədə dövlət başçısına, cəmiyyətə məlumat verərək, dövlətimizin qanunlarına əhəmiyyət verməyən həbsxananın rəisi Şahin Osmanova 07 iyun tarixdə zəng edərək, Şakirin cəzalanmasının səbəbini soruşduqda Ş. Osmanov "Şakirin məhbuslardan dövlət başçısına və digər rəhbərlərə ünvanlanan müraciətə imza topladığını, televizora baxdığını, pencərəyə taxta parçası qoyduğunu, əsasən də saxlanma rejimindən əlaqədar rəhbərliklərə "yalan" məlumatlı şikayət ərizələr yazdığına, nəzarətçi ilə kobud danışdığına görə cəzalandırıldığını bildirdi. Rəis eyni zamanda mənim məhbus yaxınları ilə əlaqə saxladığıma, guya məhbusların evlərinə çəkiliş qrupu göndərdiyimə (?!) də iradını bildirməklə, həqiqətən Şakirə qarşı qərəzli, ziddiyyətli münasibətini özü təsdiq etdi. Oğluma neçə günlük cəza verildiyinə "bilmirəm" deyən rəis israrımdan sonra 15 gün verdiyini bildirdi. Həbsxana rəisindən soruşdum ki, məgər Şakirin kamerasının qapısı açıqdır ki, məhbuslardan imza toplasın? Eyni zamanda bildirdim ki, məhbusların prezidentə əhf ərizəsi ilə müraciət etməsi məgər "rejim pozuntusu”durmu? Televiziyaya bütün məhbuslar hər zaman baxır, istədikləri keyfiyyətli radioqəbuledicidən istifadə edirlər, nədənsə Şakirə bütün bunlara qadağa qoyulub "rejim pozuntusu" sayılır. Pencərənin bağlanmaması üçün qoyduğu taxta parçası haradan gəlib, məgər Şakir həyətdə gəzir? Məyər bu pencərənin örtülməməsi üçün qoyulan taxta parçasına görə 15 sutka cəza verilir? Nəzarətçi taxta parçasını özü qəsdən gətirib vermədiyini necə sübut edə bilər? Heç cür, çünki rəisin tabeliyində olan şəxs rəisin dediyini edəcək! Həmin nəzarətçi ilə qapalı vəziyyətdə olan Şakir niyə kobud danışmalı idi ki? Şakirin "rejimi pozduğu, ona kobud cavab verdiyi" barədə saxta ittiham sənədi hazırlayıb karsa salmaq üçün? Şakirin yanına köçürülən məhbuslara dəfələrlə "Şakiri vurmaq göstərişinin şəxsən siz vermisiniz, məndə həmin məhbusların yazılı məlumatı var, buna nə deyərsiz” sualıma Şahin Osmanov "Əcəb eləyirəm, mən buranın rəisiyəm, istədiyim göstərişi verirəm!" dedi. Şahin müəllim, Şakirin Avropa Şurası Məhkəməsinə müraciət etdiyinə görə, onun məhv edilməsinə sabiq həbsxana rəisləri Nəsimi Əsədova da, Kazım Abdullayev onlara bu göstərişi "yuxarı rəhbərliklərin" verdiyini açıq bildirirdilər, gizlətmirdilər. Hazırda siz Avropa Şurası İnsan Haqları Məhkəməsindən oğlumun qərarı gələndən sonra, sabiq rəislərin eyni ilə Şakirin məhv edilməsi üçün tabeliyinizdə olan nəzarətçilərin vasitəsilə istədiyiniz saxta sənəd tərtib edir, hərəkəti qanunlaşdırırsınız, Onda hesab edirəm eyni göstərişi indi Siz davam etdirərək, Kazım Abdullayevin metodundan istifadə etməklə yanaşı, hətta onun kamerasına zorla köçürdüyünüz məhbuslara "Şakiri vurmağı" məsləhət verirsiniz! "Məhbuslar bu barədə yazıblar" deyəndə rəis Şahin Ocmanov "əcəb eləyirəm” dedi.
Hörmətli Xanımlar və cənablar, Qobustan həbsxanasında məhbuslara (imkansız) qarşı dözülməz saxlanma şəraiti son illər daha qəddarlıqla davam edir. Əgər həbsxana rəisi qanuna zidd hərəkətlərinə, məhbuslara işgəncə verməsinə məsuliyyətsizcəsinə "əcəb eləyirəm" deyirsə, demək onun bu özbaşına hərəkətlərinin arxayınlıqla davam etdirib istədiyi məhbusa qarşı qəddarlıq edəcəyi şübhəsizdir.
Bu günlərdə 12 saylı cəzaçəkmə müəssisəsindən məhbusların dövlət başçısına müraciət etmələri heç də adi hal deyil. 12 saylı CÇM- də olan dözülməz vəziyyət digər həbsxanalarda da mövcuddur. Baxın, həbsxanada qapalı təcrid olunmuş məhbusların, onların saxlanma rejimindən, yararsız bişirilmiş qidadan, (həkimin nəzarət etməli olduğu) çörəyin keyfiyyətsizliyindən, verilən işgəncələrdən, məhbusların yazışmalarına qoyulan məhdudiyyətlərdən və bir çox digər qanuna zidd hərəkətlərdən, onların əlaqədar rəhbərliklərə, hətta Ombudsmana çox çətinliklə göndərə bildikləri ərizə və müraciətlər araşdırılmaq əvəzinə ondan şikayət edilən həbsxana rəisinə qaytarılır. Nəticədə həmin məhbuslar "qara siyahı”-ya salınır. Şikayət və müraciətlərdə göstərilənlər təkzib olunur, şikayət edən məhbuslar isə mənim oğlum kimi saxta ittihamlarla, işgəncələrlə cərimə təcridxanasına salınır! Hətta karsda həkim nəzarətindən məhrum edilmiş vəziyyətdə saxlanılır. Çoxsaylı məhbuslar giposid-c xəstəliyinə yoluxub. Son zamanlar tez-tez məhbus ölümü xəbəri alırıq.
Mənim oğlumun həyatına yaradılmış təhlükəni bu gün adicə taxta parçasının pencərənin bağlanmaması üçün qoyduğunu, Prezidentə əfv ərizəsinin göndərilməsi üçün ərizənin yazılmasını digər məhbuslara bildirməsinə görə, hazirda havaların isti keçdiyi bir zamanda, ürəyində problem olan oğlumun, 15 sutka karsa salınması, hər dəqiqə onun həyatına qəsdən yaradılmış təhlükədir! Hər hansı məhbus saxlanma rejiminin, qida və çörəyin yararsız halda olduğunu, həkim nəzarətinin yox dərəcədə olması və bir çox digər qanunazidd hərəkətlər barədə hörmətli Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti rəisinə çoxsaylı məhbusların, biz valideyinlərin müraciətləri də, "araşdırılması üçün" ondan şikayət etdiyimiz həbsxana rəisinə qaytarılır. Həbsxana rəisi isə məsuliyyət daşımayacağına arxayınlıqla tabeliyində olan nəzarətçilərin vasitəsilə, istədiyi sənəd tərtib etdirir və bu halları təkzib edir. Qapalı saxlanılan məhbuslar isə şikayyətlərini faktlarla sübut etməkdən məhrumdurlar! Heç bir məhbusa onlar barəsində həbsxana rəisinin qərarının surəti verilmir ki, qərardan şikayət edə bilsinlər! Məhbus yaxınları görüşdən çıxanda da ciddi yoxlanılaraq, bizdən ancaq ərizə və yaxud müraciətləri axtarırlar! Həbsxanadan son zamanlar tez-tez məhbus ölümü barədə xəbərlər eşidirik!. 12 saylı CÇM-dən dövlət başçısına məhbusların müraciətində göstərilənlər bir çox məqamlar Qobustan həbsxanasında daha qəddarlıqla davab etdirilir, lakin məhbuslar belə müraciətdən məhrum ediliblər. Onların Ədliyyə nazirinə, hətta dövlət başçısına müraciətləri həbsxana rəisi tərəfindən şəxsən senzuradan keçirilir və ünvanlara göndərilmir! Bizim məhbus yaxınlarının dövlət başçısına faktlarla müraciət etməyə kifayət qədər sübut və dəlillərimiz var.
Mən dövlət başısına müraciət edirəm, Qobustan həbsxanasında məhbuslara qarşı on illərlə davam edən insan ləyaqətini alçaldan işgəncələrə, əsasən dövlət başçısına, Ədliyyə nazirinə müraciət etdiklərinə görə, həbsxana rəisi tərəfindən, tabeliyində olan personal vasitəsi ilə istədiyi saxta ittihamlar tərtib etdirərək, həyati vacib sənədlərinin yararsız hala salaraq, (əsasən imkansız məhbuslara qarşı) qəddarlıqların qarşısının alınmasına, məhbusların təqib olunmadan Sizə, Ədliyyə nazirinə, əlaqədar rəhbərliklarə sərbəst müraciət etməsi üşün şərait yaradılmasına göstəriş verməyinizi xahiş edirəm! Mənim oğlum Rzaxanov Şakir Hacımurad oğlu məhz bu səbəbdən mütəmadi cəzalandırılaraq, sənədləri yarasız hala salınır. Məhbusların həqiqətən islah olunmalarına kölgə salaraq, dövlət başçısı tərəfindən onların (əsasən mənim oğlum kimi imkansız məhbusların) bəlkə də bir zaman, bağışlanaraq, əfv olunaraq cəzalarının yüngülləşdirilmələrinin qarşısı həbsxana rəisi tərəfindən qərəzlə alınır”.
Pia.az