Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-11-2023 [00:03]
Qoç - şəxsi münasibətlərdə birmənalı olmayan məqamlara yol verməyin. Bütün hallarda aydınlıq gərəkdir. Uğura bel bağlamayın. Bu gün əldə edilən uğurlar sərf olunan səylərlə tərs mütənasibdir. Dəstəyə bel bağladığınız insanlar yardım etməkdən boyun qaçıra bilərlər.
Dostlar və qohumlardan birinin qayğısına qalmağa hazır olun. Həmin şəxs problemlərinin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Səfər və ya səyahətdə ehtiyatlı olun. Anlaşılmazlıq, xoşagəlməz hadisə istisna deyil.
Buğa - təşəbbüs üçün əla gündür. Ən cəsarətli niyyətləri reallaşdırmaq, ideyanı müzakirəyə çıxarmaq olar. Enerjili, qətiyyətli olun. Mübahisədə geri çəkilməyin. Maaş artımı və ya gəlir mənbəsinin güclənməsi istisna deyil.
Maliyyə əməliyyatları üçün əlverişli zamandır. Əks cins mənsubu ilə təmas normal alınacaq. Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişli zamandır.
Əkizlər - yeni əməkdaşlığa başlamaq üçün əlverişli gündür. Maraqlı insanlarla tanışlıq baş tuta bilər.
Başqalarının bacarmadığı işə cəsarətlə, qətiyyətlə başlayın. Əzmkar olsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Detallara, təfərrüatlara fikir verin. Diqqətli və sayıq olun.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Ekstravaqant addım atmaq və ya qərar verməkdən çəkinməyin. Diqqət mərkəzində olmaq xeyrinizədir. Hədiyyə alınması, gəlir əldə edilməsi istisna deyil.
Xərçəng - istənilən formada birgə fəaliyyət üçün əlverişli zamandır. Nüfuzlu insandan dəstək almaq şansını əldən verməyin. Belədə qarşınıza qoyduğunuz məqsədə çatmağınız xeyli asanlaşar. Ənənələri pozmayın, eksperiment etməyin. Yoxlanmış və sınanmış metodlardan istifadə edin.
Günün ikinci yarısında planlar çərçivəsində irəliləyə bilərsiniz. Formalaşmış münasibətlərdə yenilik etmək, onları daha da intensivləşdirmək olar.
Şir - məqsəd və prioritetləri dəqiq müəyyənləşdirməmiş konkret addımlar atmayın. Xırdalıqlara həddən ziyadə fikir verməyin. Mühüm işlər barədə düşünün, diqqətiniz sərfəli və perspektiv istiqamətlərə yönəldin
Tamamilə yeni, indiyədək görmədiyiniz işlə məşğul olmaq istəyi yarana bilər. Fəqət, əvvəlcə başlanmış işləri tamamlayın. Günün ikinci yarısı işgüzar danışıqlar, əməkdaşlıq şərtlərinin müzakirəsi üçün münasibdir. Sənədləri imzalamağa tələsməyin: daha əlverişli şərtlərə nail olmaq mümkündür. Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər olmayacaq.
Qız - işgüzar aktivliyiniz çox yüksək olmalıdır. Yaranan maneələr və sədləri dəf edərək qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Müttəfiqlərlə danışıqlar, həmfikir axtarışları üçün əlverişli zamandır. Maraqlarınızı və həyata baxışlarınızı paylaşan insanlar ətrafınıza toplaşacaq.
Köhnə əlaqələrdən biri günün ikinci yarısında bərpa oluna bilər. Hisslərinizin hələ də güclü olduğunu anlayacaqsınız. Səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizin və yaxınlarınızın maraqlarını unutmayın.
Tərəzi - şəxsi həyatınızda önəmli dəyişikliklər və yeniliklər ola bilər. Sizə yaxın insanın demək istədiyini dərhal anlamağa çalışın. Onun planları var. Yeni tanışlıq, işgüzar tərəfdaşlığa başlamaq üçün əlverişli gündür.
Hisslərinizi anlayın. Son vaxtlar sizi narahat edən sualların çoxuna təhtəlşüurunuz cavab verəcək.
İşdə həmkarlarla fikir ayrılığı, rəhbərliklə mübahisə istisna deyil. İstənilən qəfil situasiyaya çox emosional reaksiya verməyin. Xırdalıqlar sizi təşvişə salmasın. Soyuqqanlı və təmkinli olmağa çalışın. Belədə sədləri asanlıqla dəf edəcəksiniz.
Əqrəb - harmonik və xoş ünsiyyət günüdür. Yaşam potensialı səviyyəsi bir qədər aşağıdır. Buna görə də fiziki yükü ehtiva edən istənilən fəaliyyətdə ifrata varmayın.
Günün ikinci yarısında harmonik çalışmağa can atın. Ötənlərdəki hadisələrə maraq artacaq.
Səfər və ya səyahətə yollanmaq olar. Yeni təəssüratlar xoşdur. Fəqət, uzun və yorucu səfər arzuolunmazdır. Axşam saatlarında sükan arxasında olmayın.
Oxatan - maraqlı planlar və orijinal ideyalarınız varmı? Varsa, sevinin. Həmin ideyaları reallaşdırmaq vaxtı çatıb.
Uğurunuz qətiyyətinizdən asılıdır. Dərhal olmasa da, nüfuzlu tanışlardan biri sizi dəstəkləyə bilər. O, bacarıq və işgüzar məziyyətlərinizi dəyərləndirəcək.
Günün ikinci yarısı qohumlarla ünsiyyət, əmlak və maliyyə məsələlərinin çözümü üçün münasibdir. Qəflətən gəlir əldə edə bilərsiniz. Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Oğlaq - işdə uğur vəd edən gündür. Önəmli məsələlərdə irəliləyiş olacaq. Mühüm təfərrüatları nəzərdən qaçırmayaraq eyni vaxtda bir neçə problemi həll edə bilərsiniz. Səfər və ezamiyyət üçün sərfəli zamandır.
Yeni işə düzəlməklə bağlı axtarışlara, danışıqlara başlamaq olar.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizdən gözləmədiyi addımlar ata bilərsiniz. Qeyri-standart, yaradıcı yanaşma tələb edən işlərdə uğur şansı var. Şəxsi həyatınızda müsbət təmayüllərin ərəfəsindir.
Dolça - peşəkar fəaliyyət sahəsində yaranan məsələlərin öhdəsindən uğurla gələcəksiniz. Lakin müsbət təmayüllər şəxsi münasibətlərinizə sirayət etməyəcək. Sevdiyiniz insanla ixtilaf yarana bilər. Kompromis əldə etmək mümkünsüz təsir bağışlasa da, güzəştə gedən tərəf siz olun.
Hadisələri tələsdirməyin. Yeni şərtlər formalaşır. Məqsədinizə çatmağa imkan verəcək xəbər alacaqsınız. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Bədxərclik etməyin. Uzaq perspektivlərlə bağlı ciddi planlar qurmaq olar. Situasiyanı nəzərə alın, durumun mənfi və müsbət yönlərini təhlil edin.
Balıqlar - soyuqqanlı, diqqətli olun. Situasiyanın müsbət və mənfi yönlərini dəqiq hesablayın. İstənilən səviyyəli problemi həll etmək üçün əlverişli zamandır. Sizə mane ola biləcək yeganə amil öz tənbəllik və ətalətiniz ola bilər. "Daxili düşmən"in öhdəsindən gəlsəniz, situasiya sürətlə dəyişə bilər.
Yeni, məhsuldar əməkdaşlıq başlana bilər. Yaşamınızda əhəmiyyətli dəyişiklik və yeniliklərə təkan verəcək insanla görüş mümkündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi