09-06-2014 [14:13]
Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemlərinin ictimai müzakirəsi” adlı layihəsi davam edir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçilən layihə çərçivəsində iyunun 6-da Sumqayıt şəhər 28 May Mədəniyyət evində "Reklam biznesi, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda növbəti ictimai müzakirə keçirilib.
Tədbiri layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov açaraq Bakı şəhərində və o cümlədən KİV-də yer alan reklam mətnləri, tərcümə və dublyajla bağlı aparılan monitorinqin nəticələri barədə məlumat verib. Layhə rəhbərinin sözlərinə görə, hazırda reklamların ədəbi-bədii və estetik səviyyəsi dünya standatlarırndan xeyli aşağıdır: "Respublikada reklam agentliklərinin az sayda olması və fəaliyyətdə olanların da peşəkarlıq baxımından zəif olması reklam buznesində ciddi problemərin yaranmasına gətirib çıxardıb. Televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinən söz və ifadələr, həmçinin, cümlələr dilimizin qaydalarına qəti şəkildə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə başa düşülmür. "Vaniş inadcıl ləkələri də təmizləyir", "Baunti"- cənnət həzzidir", "İstər yerdə, istər göydə, onsuz da qayıdacaqsan" kimi reklam mətnləri qrammatik baxımdan xeyli qüsurludur, "Həzz anları gününün əla başlanğıcı", "Əldə olunan nəticə 5 dəfə iridir" və s. kimi reklamlar da bir o qədər anlaşılmazdır.
Daha bir nümunə, məsələn, metrolarda vaqonların diqqəti cəlb edəcək
yerlərində belə bir elan yapışdırılmışdı: "Ağıllı, yaraşıqlı, ailəcanlı
həyat yoldaşı? Bunun üçün bəzən 4 dəfə ərə getməli olursan". Ünvanı da
açıq-aydın yazılıb, dağa-daşa düşmək lazım deyil, "Qadınklubu.az"
saytı.
Telekanalların birində isə şokaladı reklam edən rolikdə 4 yaşlı
balaca Leylanın arzusu belə ifadə olunub: "Leyla bu dünyaya gələndə bir
arzusu vardı, ərə getmək"”.
X.Əhmədov qeyd edib ki, monitorinqin nəticələrinə görə, Bakı şəhərinin küçələrindəki reklam lövhələrində yer alımış reklamların əksəriyyəti xarici dillərdən tərcümə edilib və bu tərcümələrin keyfiyyəti normal səviyyədə deyil. Eyni zamanda, bu halın özü yolverilməzdir, dilimizə xələl gətirir.
Mövzu ilə bağlı məruzə ilə çıxış edən Milli Elmlər Akademiyasının əməkdaşı Mirzə Ənsərli bildirib ki, əksər reklam mətnlərinin Azərbaycan dilinə və azərbaycanlının düçüncə tərzinə çox az dəxli olduğunu inkar etmək olmaz. Məsələn, Bakı şəhərinin əksər yerlərində malları reklam edilən MR.Fix şirkətinin satdığı tikinti materiallarını təbliğ edən bir mətnə nəzər yetirək: "PEŞƏKARLARA PEŞƏKAR MƏHSULLAR”. Çox güman ki, bu reklamın mətni həmin şirkətn tərəfadşı olan xarici biznes qurumunda xarici dildə hazırlanıb. Lakin kalka üsulu ilə, yəni mexaniki şəkildə, sırf hərfi qaydada təcümə edilmiş mətn istehlakçıya təqdim edilən mal barədə, sadəcə, bərbad təsəvvür yaradır və yaxud heç bir təəssürat yaratmaq gücündə deyil. Və yaxud "Bizim tarla” brendi ilə alıcılara təklif edilən əmtəə barədə reklamın mətni: "ETİBARIMIZ ADIMIZDIR. HƏYATINIZA MÖCÜZƏ QATIN”, eləcə də, "Çiko” brendi ilə reklam edilən qida məhsuluna dair reklamın mətninə diqqət yetirək: "LƏZZƏTİ KEYFİYYƏTİNDƏDİR”. Göründüyü kimi, yuxarıdakı reklam mətnlərində Azərbaycan dilinin elementar normalarına riayət edilməmiş və kobud leksik-semantik təhriflərə yol verilmişdir. M.ənsərlinin fikrincə, reklam mətnlərində buraxılmış bu ciddi qüsurlar, birinci növbədə, reklamı hazırlayanların Azərbaycan dilininin incəliklərini yaxşı mənimsəyə bilməmlərindən irəli gəlir : "Yoxsa növbəti reklam mətninin əcaib məna üslubunu necə izah etmək olar? "YAPIKREDİTDƏN HƏR EHTYACA KREDİT”. Küçə, metro, avtobuslarda yazılan reklamlarda xarici dil üstünlük təşkil edir. "Dil haqqqında qanun”a əsasən isə reklamlarda xarici dildə yazılan sözlər Azərbaycan dilindəkilərdən daha kiçik olmalıdır. Ancaq biz əksini müşahidə edirik. Bəzən hətta xarici sözlərin ana dilində qarşılığı verilmir. Tərcümə olunan reklamlarda isə tərcümənin keyfiyyəti heç də ürəkaçan olmur. Orijinaldakı loqonun olduğu kimi saxlanılmasına çalışdıqları üçün bəzən tərcümə eyni təsiri yaratmır”.
MİHİ Qubadlı rayon komitəsinin sədri Əmrah Hüseynov
öz çıxışında qeyd edib ki, bədii
tərcümələr içində yüksək səviyyəli, peşəkarcasına həyata keçirilmiş tərcümələr
yox deyil. Lakin təəssüflər olsun ki, son illərdə yazıb-yaratmqda olan ədəbi
gəncliyin Azərbaycan dilinə və ümumən Azərbaycan oxucusuna qarşı nümayiş
etdirdiyi ədəbi sayğısızlıq bədii tərcümə materiallarında da təzahür edir.
"Hiss edilir ki, tərcüməçilər tərcümə etdikləri əsərləri orijinalda
azdan-çoxdan başa düşsələr də, Azərbaycan dilinin incəliklərinə bələd deyillər.
Daha konkret şəkildə desək, onlar sadəcə, Azərbaycan dilini yaxşı
bilmirlər”-deyə o, bildirib.
Tədbir
iştirakçısı olan digər çıxışçılar da xarici dillərdən edilmiş tərcümələrin,
dublyaj mətnlərinin ədəbi mühitə rəngarənglik gətirməsiylə bərabər, həm də
Azərbacan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında
mühüm rol oynaya biləcəyini bildirdilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi