09-06-2014 [13:38]
Mia.az-a Qafqaz Müsəlmanları Ruhani İdarəçinin rəhbəri Şeyx Hacı Allahşükür
Paşazadənin qızı, deputat Qalib Salahzadənin isə gəlini olan Xatirə Salahzadənin
mülk davası haqda ciddi məhkəmə sənədləri daxil olub.
Mia.az xəbər verir ki, Xatirə Allahşükür qızı Salahzadə Bakı
Şəhər İcra Hakimiyyəti ilə birgə rəsmi iddiaçı qismində çıxış edərək, Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron
Ərazi İdarəsini məhkəməyə verib. Maraqlı burasıdır ki, Şeyxin qızı və deputatın
gəlini Hacıbala Abutalıbovun başçısı olduğu şəhər icra hakimiyyəti ilə birgə başda
Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla, iddia etdiyi
mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri tikmiş Seymur İsrafil oğlu
Quliyev, Məcid Əliyev, həmçinin tanınmış nüfuzlu şəxslərdən birinə bağlı olan "İnşaat Servisez” MMC-yə qarşı da iddia qaldırıb.
Mia.az-ın məlumatına görə, Şeyxin
qızı Xatirə Salahzadə komitənin müvafiq idarəsi tərəfindən üçüncü şəxs qismində
adları çəkilən fiziki və hüquqi şəxslərin adına verilmiş torpaq sahəsi və yaşayış
evlərinə dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədlərinin ləğv edilməsini tələb
edir: «Artıq Şeyxin qızının iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə
baxılıb. Lakin burada iddia mübahisəsinə son qoyulmayıb. Ona görə də
2-1(103)-933/2014 saylı iş üzər apellyasiya şikayəti verilib».
Məlumata görə, şikayət Bakı Apellyasiya
Məhkəməsində icraata qəbul olunub: «Şeyxin qızı Xatirə Salahzadə ilə Bakı Şəhər
İcra Hakimiyyətinin şikayətçi olduğu iş sözügedən məhkəmədə hakim Mirzə Tağızadənin
sədrliyi ilə icraata qəbul edilib və araşdırılır».
Müsahibimizin sözlərinə görə, hakim iş
üzrə iyunun 11-nə iclas saatı müəyyən edib.
Mülk davasının məğzinə gəldikdə isə, Mia.az xəbər verir ki, xeyli
müddətdir Qalib Salahzadəylə adıçəkilənlər arasında belə bir problem yaşanır: «Doğrudur,
rəsmi iddiaçı qismində Şeyxin qızı Xatirə Salahzadə çıxış edir. Amma, əslində, bu
işin arxasında şəxsən deputat Hacı Qalib Salahzadənin özü durur. Sadəcə Qalib Salahzadə
deputat olduğundan gəlininin adıyla nail olmaq istəyir. Məsələnin ən maraqlı tərəflərindən
biri də odur ki, o, Bakı Şəhər İcra Hakimiyyətini də öz iradəsinə uyğun hərəkət
etdirməyə nail olub. Görünür, Qalib Salahzadə nəyin bahasına olursa olsun, həmin
torpaq sahəsini ələ keçirməkdə qərarlıdır».
Məlumatlı şəxs
deyir ki, mübahisəli ərazi Bilgəh qəsəbəsində, A.Salahzadə küçəsi, döngə 21-də yerləşir:
«Məsələn, həmin ünvanda cavabdehlərdən Seymur Quliyev ikimərtəbəli şəxsi ev tikib.
Amma hələ ötən il deputat Qalib Salahzadə yaxın ətrafı ilə həmin evə hücum edərək,
evi sökdürüb. Halbuki, Seymur Quliyevin mülki tam qanuni olub. Onun əlində bütün
sənədlər, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
Abşeron Ərazi İdarəsini İdarəsi tərəfindən verilmiş qeydiyyat
vəsiqəsi də var. Lakin bütün bunlar millət vəkili Qalib Salahzadə üçün elə də
əhəmiyyət kəsb etmir. O bu ərazinin ətrafında yerləşən digər torpaq sahələrini
də alıb. Lakin nə Seymur Quliyev, nə də mərhum Məcid Əliyev (məhkəmədə oglu Nuru təmsil edilir) deputatın istəyinə baş əyməyiblər.
Buna görə də ötən ildən Qalib Salahzadə hər iki şəxsin mülklərinə sahib çıxmaq üçün
onlara verilmiş sənədləri ləğv etdirmək istəyir. Ki, öz məqsədinə rahatlıqla çatsın».
Müsahibimiz deyir ki, Qalib Salahzadənin gözünü var-dövlət hirsi elə qapayıb ki, o, "Paşa Hilding”ə bağlı olan şirkətə qarşı da iddia qaldırmaqdan çəkinməyib: «Məhkəmədə adı fiziki şəxslərlə birgə adı üçüncü şəxs qismində cavabdeh göstərilən "İnşaat Servisez” MMC-nin "PAŞA Holding” MMC-nin törəmə şirkəti olan "PAŞA İnşaat” MMC-yə bağlı olan podratçı şirkətlərindən biridir. Məsələ təkcə bununla da bitmir. Qalib Salahzadə torpaq iddiasını rəsmiləşdirmək üçün bir neçə tanınmış adamın nüfuzuna da xələl gətirməkdən çəkinməyib».
Bu məlumatları dəqiqləşdirmək imkanlarımız məhdud olduğundan deyilənlərdən yalnız müvafiq sənədlərdə olan faktları oxucularımızın diqqətinə çatdırdıq. Təəssüf ki, mülk davası ilə bağlı Qalib Salahzadə, fiziki şəxslər, Bakı Şəhər İcra Hakimiyyəti və adıçəkilən komitədən də münasibət öyrənə bilmədik.
Mövzu ilə bağlı araşdırmalarımız davam etdiriləcək. Yazıda adları çəkilənlərin hər birinin mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi