09-06-2014 [13:20]
Azərbaycanın sabiq baş prokuroru, hazırda səfir kimi
ölkə xaricində olan Eldar Həsənovun Bakıda yaşayan qohumları ciddi problemlə
üzləşiblər.
Mia.az saytı "Reytinq" qəzetinə istinadən xəbər
verir ki, Eldar Həsənovun problemlə üzləşən qohumları arasında onun qudası
Rabil Hüseynov, kürəkəni Qabil Hüseynov və onlara bağlı olduğu iddia edilən şəbəkə
də var.
Məlumatda bildirilir ki, E.Həsənovun qudasının əsas pay sahibi olduğu və illərdir "Bakı Şərab-2" ASC-nin İdarə Heyətinin sədri olan Rabil Hüseynov zavod üzərində təsirini ciddi şəkildə itirib.
Məlumata
görə, bu prosesə təxminən 2-3 il əvvəl start verilib: "Rabil Hüseynov
zavodun fəaliyyəti ilə bağlı sıxışdırılanda bir qədər ayıq tərpəndi. O, Eldar Həsənovun
kürəkəni olan oğlu Qabil Hüseynovu Türkiyəyə göndərərək, Azərbaycandakı sərvətlərini
tədricən həmin ölkəyə və digərlərinə köçürməyə nail ola bildi".
Məlumatlı şəxs "Reytinq"ə deyib ki, Eldar Həsənovun
yaxınlarının Azərbaycandakı məğlubiyyəti əsasən 2008-ci ilin prezident seçkilərindən
sonra sürətlənib: "Bu məsələdə Rabil Hüseynovun böyük oğlu, əvvəllər
prokurorluqda işləyən Şahin Hüseynlinin də rolu oldu. Onun bibisi oğlu Yaşar Məlikovun
sahibi ol-duğu "Neolit"də qanlı hadisə törətməsindən sonra vəziyyət
daha da mürəkkəbləşdi. Eldar Həsənovun rəqibləri isə bu hadisəni öz maraqlarına
uyğun şəkildə ölkə rəhbərliyinə məruzə etdilər. Nəticədə
Həsənovun Azərbaycandakı planlarına ciddi zərbə dəydi".
Məlumatda iddia olunur ki, əleyhdarları sonradan E.Həsənovun "Milyarderlər İttifaqı" ilə əlaqələrini, gizli təşkilatlanma işlərini və Azərbaycanla bağlı çox məxfi planlarını da aşkarlayıblar.
Həmin qüvvələr bu
məlumatları Eldar Həsənovun dostluq etdiyi nüfuzlu adamlarla, konkret olaraq,
Baş nazirin keçmiş müavini Abbas Abbasov və Putinin tələbəlik dostu, milyonçu
iş adamı, sabiq baş prokurorun qohumu İlham Rəhimovla əlaqələndirirlər. Eyni zamanda, eks-spiker Rəsul Quliyevlə keçmişə dayanan möhkəm dostluq əlaqələri də vəziyyəti ciddi şəkildə Eldar Həsənovla qohumlarının əleyhinə dəyişib.Bundan
istifadə edərək, sabiq baş prokurorun qohumlarının Azərbaycandakı
"iqtisadi imperiyası"nı da çökdürməyi sürətləndirmək istəyirlər.
Belə biznes obyektlərindən birinin də bir neçə
hektardan ibarət ərazisi olan "Neolit"
şadlıq evi olduğu bildirilir. "Neolit"
rəhbəri Yaşar Məlikov isə ayağında problem olması səbəbindən işə çıxmamaqla, əlverişli
zaman qazanıb, vəziyyətdən çıxmaq istəyir: "Lakin elə vəziyyət yaranıb ki,
artıq Yaşar Məlikov "aylıq hesab" verdiyi dostlarının da köməyindən
yararlana bilmir".
Məlumata görə, "Azərsu" ASC-yə Yaşar Məlikovun
sahibi olduğu və hektarlarla ərazisi olan "Neolit"
şadlıq evini sökdürmək tapşırığının arxasında da müəyyən mənada,
"Milyarderlər İttifaqı"ndan qaynaqla-nan gizli siyasi məqsədlər
dayana bilər: "Bu barədə müəyyən dəqiqləşdirmələr apardıqdan sonra daha ətraflı
məlumatları sizə təqdim edəcəyəm. Eyni zamanda, Rusiyanın siyasi dairələri ilə
gizli əlaqələrin hansı məqsədlərə xidmət etməsi barədə də müfəssəl məlumatlar
toplayıram. Təbii ki, burada vaxtiylə Azərbaycan hakimiyyətində "Qızıl
üçlük" qruplaşması kimi tanınan Abbas Abbasov, Eldar Həsənov və Namiq
Abbasovla bağlı məlumatlar yer almaqla yanaşı, İlham Rəhimovla bağlı da çox
ciddi məsələlər öz əksini tapır".
O ki qaldı "Neolit" şadlıq evi ilə bağlı əsaslandırmaya,
mənbə deyib ki, bu, Kreml ilə qurulan böyük siyasi kombinasiyalar fonunda çox
kiçik məsələ olsa da, obyektin söküləməsi "Azərsu" ASC-nin
balansındakı iri diametrli su borusu xəttinin üzərində tikilməsi ilə əlaqələndirilir.
İddia edilir ki, şadlıq evi 500 mm-lik borunun üzərində tikilib. Ona görə də,
aylıq gəliri 100 min manatı aşan obyektin sökülməsi gündəmə gəlib. "Neolit"də
marağı olan bəzi məmurlar isə bundan istifadə edərək, Yaşar Məlikovu
"dalan"a dirəyiblər. Onların arasında hüquq-mühafizə orqanlarında
çalışanlar da var. Lakin həmin "himayədar"lardan bəziləri Eldar Həsənovla
bağlı yaranan söz-söhbətlərin böyüməsindən narahatdır.
Sonda bir daha
bildirilib ki, bu məsələ tikinti işlərinin normativə uyğun olmamasından daha
çox siyasi məqsədlər dayışır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi