AVROPA İTTİFAQI MÖVQEYİNİ ORTAYA QOYDU, İSRAİLƏ 3 ŞƏRT İRƏLİ SÜRDÜ: "Fələstinlilər üçün mütləq dövlət qurmalıyıq"
14-11-2023 [00:03]
"Fələstinlilər üçün dövlət qurmalıyıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda jurnalistlərə açıqlamasında deyib.
Aİ Xarici İşlər Nazirləri Toplantısında Qəzzaya humanitar yardımın təcili çatdırılması zərurətinə diqqət çəkdiklərini bildirən Borrellin sözlərinə görə, münaqişə bitdikdən sonra nə ediləcəyi və mümkün ssenarilər barədə də müzakirələr aparıblar: "Biz fələstinlilərlə israillilər arasında, o cümlədən regionda daimi sülh üçün həll yolu tapmalıyıq. Bu gün yaşadığımız dramatik böhran, həm İsrail, həm də Fələstin tərəfində böyük insan itkiləri beynəlxalq ictimaiyyətin siyasi və mənəvi uğursuzluğunu göstərir. Çözüm tapa bilmədik. Ancaq hər kəs nə baş verdiyini anlamalıdır. Böhranın daimi həll yolu isə təbii ki, iki dövlətli gələcək olmalıdır".
Qəzzanın yenidən bərpasının problemin həll yolu olmadığını vurğulayan Borrell bildirib ki, həll üçün mühit yaratmaq gərəkdir: "Biz fələstinlilər üçün yeni dövlət qurmalıyıq. Bu o deməkdir ki, biz müharibədənb sonrakı dövrə geniş baxmalıyıq. Ərəb ölkələri də sonrakı dövrə (Fələstin dövlətinin yaranması) indi baxmaq istməir, onlar hazırda bugünki vəziyyəti müzakirəsini tələb edirlər. Biz bütün bu tələblərin həll parametrlərini müəyyən etməliyik. Bu gün mən nazirlərə şərtləri ehtiva edən bir çərçivə planı təqdim etdim. Nazirlər bu planı dəstəklədi. ABŞ və Ərəb ölkələri ilə birlikdə bu çərçivə üzərində təcili olaraq çalışmalıyıq".
Borrell deyib ki, Aİ olaraq 3 məsələyə “yox” deyirlər:
"Birincisi, Qəzzadan məcburi köçə icazə verilə bilməz. Biz fələstinlilərin sürgününə icazə verə bilmərik.
İkincisi, Qəzza ərazisi kiçilə bilməz. Qəzza ərazisi İsrail tərəfindən işğal oluna bilməz.
Üçüncüsü, Qəzzadakı vəziyyət Fələstin məsələsi problemin həllinin bir hissəsi olmalıdır”.
Borrell bildirib ki, Fələstin probleminin həlli üçün “vahid qanuni Fələstin administrasiyası” olmalıdır və bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməlidir: "Hazırda Fələstin administrasiyası var. Biz yeni Fələstin administrasiyası icad etməyəcəyik. Əksinə, mövcud olan gücləndirməliyik".
Qəzzənin HƏMAS-ın nəzarətində olmasını istəmədiklərini və Fələstin rəhbərliyinin Qəzzaya müdaxilə etməli olacağını qeyd edən Borrell deyib: "Bunu necə edəcəyimizi heç kim bilmir, çünki bu savaşın nə vaxt bitəcəyini heç kim bilmir".
Ərəb ölkələrinin qanuni Fələstin administrasiyasına güclü dəstək verməsi lazım olduğunu vurğulayan Borrell əlavə edib ki, ərəb ölkələri olmadan, onların siyasi və maddi dəstəyi olmadan Fələstin dövlətinin qurulması mümkün olmayacaq: "Aİ bölgəyə və prosesə hazırda o qədər də təsir gücünə sahib deyil, ancaq bu, mütləq olmaldıır".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi