AFFA və PFL-in "MİSLİ" ilə GİZLİ ANLAŞMASI: detallar niyə açıqlanmır?
13-11-2023 [12:48]
“Misli”dən baş aldadan mükafat, ya da 1000 manata neçə yumurta almaq olar?
Bu yaxınlarda uzaq Zambiyada maraqlı hadisə yaşanmışdı. Zambiya çempionatında çıxış edən “Young Africans” komandasının futbolçusuna “matçın oyunçusu” mükafatı olaraq yumurta hədiyyə etmişdilər. Mükafatlandırma mərasimindən sonra əlində 6 kaset yumurta tutan futbolçu kameralar önündə poz da vermişdi.
Ümumiyyətlə, dünyanın bir çox aparıcı ölkələrində futbolçuları motivasiya etmək, həvəsləndirmək üçün müxtəlif hədiyyələr verilir, fərqli nominasiyalar keçirilir. Onsuz da futbolçular yetərincə pul qazanan şəxslər sırasında öncüllərdəndir. Bir növ xırda pullarla onları həvəsləndirmək, nəyəsə maraqlandırmaq çətin məsələdir. Elə bu səbəbdən də belə nominasiyaları elan edənlər yaxşı-yaxşı düşünür, ortaya sanballı iş qoyurlar.
Azərbaycanın mərc oyunları operatoru “Milsi” də Azərbaycanın futbol üzrə çempionatının, yəni Premyer Liqanın sponsorudur. Ölkənin əsas çempionatında “Misli”nin adı çəkilir, stadionları mərc operatorunun reklam bannerləri “bəzəyir”.
Oyunların televiziyadan yayımı zamanı tez-tez “Misli”nin reklamları nümayiş etdirilir, insanlara idman oyunlarına mərc qoymağa çağırışlar səsləndirilir. Artıq idman, futbol bir kənarda qalır, ağlı kəsən də, kəsməyəndə diqqətini “Misli”yə yönəldir. Hamı düşünür ki, bu yolla asan qazanc əldə edəcək. Bu mədəni qumarın mənfi tərəfləri öz yerində. Mövzuya qarşıdakı yazılarımızda yenidən qayıdacaq, mərc oyunlarının fəsadlarından, mərc şirkətlərinin insanları necə tora salmasından yazacağıq.
Bu gün isə mövzumuz məsələnin digər tərəfidir. “Misli” az xərclə özünə böyük reytinq toplamaq, geniş təbliğat şəbəkəsi qurmaq niyyətindədir. Təəssüflər olsun ki, AFFA və PFL-in “Misli” ilə bağladığı müqavilənin detalları açıqlanmır. Ona görə də “Misli”nin Azərbaycan Premyer Liqasının ad haqqı üçün nə qədər ödədiyi barədə rəsmi məlumat yoxdur. Amma gözümüzün önündə olan bir məqam var ki, ona əsasən “Misli”nin Azərbaycan futboluna qarşı o qədər də səxavətli olmadığını yəqin etmək olar.
Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsini gerçəkləşdirir. Hər ay azarkeşlərin sosial şəbəkələrdə verdiyi səslər əsasında ayın ən yaxşı qolu seçilir. Qolun müəllifi isə kameralar qarşısında təntənəli şəkildə mükafatlandırılır. Bu yolla “Misli” özünü bir daha reklam edir, Azərbaycan futboluna sponsorluq etdiyini göstərməyə çalışır. Lakin qalibə verilən mükafat günümüzün reallıqlarında çox cüzidir. Belə ki, ən yaxşı qolun müəllifinə cəmi min manat mükafat verilir. Premyer Liqada çıxış edən, aylıq qazancı 10 min manatlarla ölçülən futbolçular üçün bu məbləğ “semiçka pulu”dur. Həmin pulla uzaqbaşı Bakının bərkgedən restoranlarında 3-5 nəfəri başına yığıb, yaxşı bir axşam yeməyi yeyə bilərsən. Vəssalam.
Bu 1000 manatın ətrafında qurulan şou isə qat-qat artıq məbləğdə qiymətləndirilməli, ayın ən gözəl qolunun müəllifi daha böyük mükafata layiq görülməlidir. Sözsüz ki, çempionatın sponsoru xəsislik etməsə. Necə deyərlər, buna da şükür etmək lazımdır. Bir də gördük ki, “Misli” uzaq Afrika ölkələrindən nümunə götürdü və futbolçulara yumurtayla süd-qatıq verdilər..(Poliqon.info).
P.S. Mia.az "Azərlotereya"nın (Misli) reklam müqavilələri və bu müqavilələrin kimlərlə, hansı şərtlər daxilində necə bağlanması ilə bağlı araşdırmanı davam etdirir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi