Amerikanın ən böyük bankı ermənilərə görə cərimə olundu: 26 milyon dollar ödəyəcək!
08-11-2023 [22:54]
“The Consumer Financial Protection Bureau (CFPB) (Istehlakçıların Maliyyə Müdafiəsi Bürosu) 2011-ci ildə-prezident Barak Obamanın dönəmində yaradılıb. ABŞ hökumətinə daxil olan təşkilatlardan biridir. Bu təşkilat maliyyə sektorunda müştərilərin hüquqlarını qoruyur.
Çərşənbə günü CFPB bildirib ki, Citigroup İnc. 26 milyon dollar cərimə olunub. Niyə? Çünki onlar ermənilərə qarşı diskriminasiya siyasəti yeridiblər.
Citigroup Inc. ABŞ-ın ən böyük 3 bankından biridir. Əsəsən sərmayə sektorunda çalışırlar. 1998-ci ildə yaranmış bankın əsas ofisi Nyu-York şəhərinin ən bahalı bölgəsi olan Manhettendə yerləşir.
Bir faktı deyim: 2022-ci ildə bu bankın xalis gəliri 14.85 milyard dollar olub. Və belə bir möhtəşəm bankı CFPB ermənilərə görə cəzalandırıb.
“The Associated Press” agentliyi bildirir ki, Citigroup Inc. Bankı erməni amerikalılara kredit kartları verməmək üçün müxtəlif yalanlara əl atıb. Ermənilərə qarşı qəsdən ayrı-seçkilik siyasəti yeridib, çünki bankın daxildə ermənilərin fırıldaqçılıq etmək ehtimalının daha yüksək olduğu iddiası mövcud olub. Ona görə də bəzi bank işçiləri təlimata uyğun olaraq müraciət edən erməniləri “bad guys” (pis oğlanlar) kimi dəyələndiriblər. Onların mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğunu düşünüblər.
CFPB müəyyən edib ki, Citigroup Inc.-in işçiləri erməni soyadlarının ən çox yayılmış şəkilçisi olan “yan” və “ian” ilə bitən soyadları məqsədli şəkildə çıxdaş ediblər.
Araşdırma zamanı büro müəyyən edib ki, Citi əməkdaşlarına erməni soyadlı ərizələri qeyd etmək, lakin sonradan həmin müraciətlərin rədd edilməsinin əsl səbəbini gizlətmək tapşırılıb. Ermənilərin təqdim etdiyi ərizələri təlimata uyğun şəkildə qeyd etməyən bank işçiləri cəzalana bilərdi.
"Citigroup Inc . ermənilərin cinayətə və saxtakarlığa meylli olması ilə bağlı stereotiplərə söykənib. Reallıqda isə Citigroup Inc. işçiləri törədikləri ayrıseçkiliyi ört-basdır etmək üçün qeyri-qanuni olaraq saxta sənədlər hazırlayiblar" – CFPB-nin direktoru Rohit Çopra açıqlamasında belə deyib.
Nyu-Yorkda yerləşən Citigroup Inc. bankının bir qrup işçisi qanunu pozaraq “Kaliforniyanın müəyyən yerlərində fəaliyyət göstərən yaxşı sənədləşdirilmiş erməni fırıldaqçı şəbəkəsinin” qarşısını almağa çalışblar.
Bankın bəyanatında deyilir: “Baş vermiş qanunsuzluğa görə hər bir ərizəçidən (ermənidən) səmimi qəlbdən üzr istəyirik. Daxili araşdırmadan sonra biz bu məsələ ilə bilavasitə əlaqəsi olan şəxslərlə qarşı müvafiq tədbirlər gördük və bu cür davranışın təkrarlanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdik”.
Bu fakt özlüyündə çox şeydən xəbər verir. Bir daha bəlli olur ki, Amerika erməniləri amerikalılar arasında pis imicə malikdirlər. Ona görə də imkan daxilində onlardan uzaq olmağa çalışırlar. Heç şübhəsiz ki, bu tendensiya təkcə banklarda özünün büruzə vermir. Digər sahələrdə də amerikalılar cinayətkarlığa meylli olan ermənilərlə iş birliyindən çəkinirlər..
Elbəyi Həsənli,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi