Vasif Talıbovun oğlunun tibb şirkəti - “Nəxşicahan Med”

img

09-06-2014 [10:45]


Naxçıvan MR Ali Məclisinin sədrinə aid olduğu deyilən "Nəxşicahan Holdinq ltd” şirkətlər qrupu biznes portfelini genişləndirir.

MIA "Turan”a istinadən xəbər verir ki, 2007-ci ildən fəaliyyət göstərən holdinq "ailə”sinə tibb şirkəti də daxil olub.

Vergilər Nazirliyi iyunun 4-də məlumat verib ki, "Nəxşicahan Med” MMC (VÖEN: 200728171) bu il aprelin 17-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Seymur Talıbovdur. Naxçıvan MR Ali Məclisinin sədrinin oğlu "Nəxşicahan Holdinq ltd”nin maraqlarını ölkədə və ölkədən kənarda təmsil edir.

"Nəxşicahan Holdinq ltd” şirkətlər qrupuna 14 şirkət daxildir. Qrupun Bakıda və muxariyyatda ticarət mərkəzi, YDM-ləri, mehmanxana, sənaye müəssisəsi və başqa obyektləri var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA