Azərbaycan Dövlət Pedaqoji Kollec barədə ittihamlara aydınlıq gətirildi

img

09-06-2014 [10:57]


Son günlər elektron mediada Azərbaycan Dövlət Pedaqoji Kollecdə imtahanlar öncəsi neqativ halların olması ilə bağlı məlumatlar dolaşmaqdadır. Vəziyyətlə bağlı real məlumat əldə etmək üçün əməkdaşımız kollecdə olub.
 
Müxbirimiz imtahanların gedişatını izləyib və hər hansı neqativ hal müşahidə olunmayıb. Maraqlı məqamlardan biri də odur ki, imtahan prosesini izləmək üçün valideynlər də kollecdə olub. Valideynlərin sözlərinə görə, yaradılan şərait qənaətbəxşdir. Müəllim və tələbələrlə söhbət zamanı kollecdə hər hansı bir problemin olmadığı qeyd olunub. Kollecin maddi-texniki bazasının gücləndirilməsindən sonra tələbələrin müasir texnologiyadan istifadəsi üçün daha münbit şərait yaranıb. Kollecdə tələbərin davamiyyəti də qənaətbəxşdir. Belə ki, müşahidə apardığımız 6 qrupda cəmi 2 tələbə dərsdə iştirak etmirdi. Görünən odur ki, Azərbaycan Dövlət Pedaqoji Kollecdə imtahanlar öncəsi neqativ halların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA