08-06-2014 [13:32]
Məktub Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi saytında yer alıb.
Məktubun məzmunundan görünür ki, vətəndaş 14 və 18 may 2014-cü il tarixlərində Şirvanda MTN tərəfindən əməliyyat keçirilməsindən məmnunluğunu ifadə edib. Elçin Mehtiyev mayın 26-da yazdığı məktubunda Şirvan şəhər Polis İdarəsinin fəaliyyətindən narazı qaldığını da bildirib.
"Cənab Nazir! Mən bu sətirləri Sizlərə yazarkən qəlbimdə iftixar hissi keçirirəm.
Cənab Nazir!
Sizin qurumunuzun Azərbaycan Respublikasının tərəqqisi və inkişafı uğrunda necə böyük və əvəzsiz işlər gördüyünü, bütün azərbaycanlı vətəndaşlar bilirlər. Sizin terrorizm, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi kimi, çirkin əməlləri ifşa etmək kimi, gözəl əməlləriniz inkar edilməzdir.
Cənab Nazir! Sizin yaxınlarda, Şirvan şəhərində keçirdiyiniz uğurlu əməliyyat, bütün sadə Şirvanlılar kimi, məni də çox sevindirdi. Çünki, günü-gündən inkişaf edən və iqtisadi baxımdan fəxr olunası bir mərhələdə olan Azərbaycanımız, ən azından növbəti "nankor” vətəndaşlarından azad oldu. Biz çox gözəl bilirik ki, əmin-amanlıq içərisində yaşayan xalqımıza, millətimizə həsəd aparan xarici qüvvələr necə deyərlər "yatmirlar”.
Cənab Nazir, Sizin iki dəfə keçirdiyiniz uğurlu əməliyyatınız sözün əsl mənasında Şirvan şəhər Polis İdarəsinin işləməməsini bir daha qabarıq şəkildə sübuta yetirdi. Çünki, ən azından hər gün işlədikləri şəhərin cinayət ünsürlərini daha yaxından tanıyırlar. Yaxşı ki Siz varsınız. Sizin belə uğurlu və məntiqli əməliyyatlarınız gələcəkdə neçə-neçə övladların narkotikdən uzaq bir şəraitdə yaşamaları üçün əlverişli şəraitlər yaratdı. Tanrı Sizləri qorusun! Sizin İdealınız olan Məhrum ölkə Rəhbərimiz, Ümummilli Liderimiz, ölməz Heydər Əlirza oğlu Əliyevə, Allah-tala qəni-qəni rəhmət eləsin!” – deyə, məktubda bildirilib.
Qeyd edək ki, mayın 14-də və 19-da Şirvan şəhərində MTN və nazirliyin yerli şöbəsi əməliyyat keçirib. Uğurlu əməliyyat nəticəsində 14 may tarixində Mirzəyev İsmayıl Rafiq oğlunun və Muradov Rəşad İlqar oğlunun , 19 may tarixində isə Əkbərov Teymur Fikrət oğlunun üzərindən və yaşadıqları ünvanlardan təxminən 10 kiloqrama qədər külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.Həmin şəxslər saxlanılıb və istintaqa təhvil verilib.
Həbs edilən şəxslər Şirvan şəhərində uzun illərdir ki, narkotik sataraq insanları, gəncləri zəhərləməklə məşqul olublar. Mətbuatda yer alan məlumatlara görə, polis tərəfindən dəfələrlə həbs olunan bu şəxslər məhkəmə tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar və yenidən əməllərinə davam ediblər(qafqazinfo).

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi