Sədrin səlahiyyətinə xitam verilir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində çaxnaşma düşüb - ÖZƏL

img

08-06-2014 [13:08]


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində davam edən ciddi yoxlama birbaşa həmin məhkəmənin sədrinin şəxsi fəaliyyəti və Məhkəmə-Hüquq Şurasına edilən konkret şikayətlərdən qaynaqlanır.

 

Mia.az xəbər verir ki, yaxın zamanda məhkəmənin sədri Müseyib Hüseynovun hakimlik səlahiyyətinə xitam veriləcək: "Ondan narazılıq pik səviyyəsinə yetişib. Xüsusən məhkəmənin sədri Müseyib Hüseynovun zaman-zaman səlahiyyətlərindən sui-istifadə edərək, sədri olduğu məhkəmənin hakimlərinin qərarlarına təsir etməsi və başqasının əmlaklarına sahiblənmək cəhdləri, həmçinin biznes fəaliyyəti ilə bağlı ortada olan faktlar nazir Fikrət Məmmədovun səbrini daşırıb. Hazırda yoxlama getməsinə rəğmən, Müseyib Hüseynovun barəsində qətiləşmiş rəy var. Yoxlama bitər-bitməz, səlahiyyətlərinə xitam verilməsi üçün təqdimatı prezident İlham Əliyevə göndəriləcək".


Mia.az xəbər verir ki, M.Hüseynov və sözügedən məhkəmənin hakimləri həyəcanlı şəkildə yoxamanı izləyirlər: "Məhkəmə-Hüquq Şurasından gələn yoxlamanın ən xırda detalları belə təftiş etmələri məhkəmədə "hərarəti" artırıb".


Xatırladaq ki, bu məhkəmədə yoxamaya başlanılması xəbərini ilk dəfə Mia.az xəbər verib. Iyunun 3-də yayımlanan "1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində şübhəli yoxlama – Nazir qərar verdi (ÖZƏL)" başlıqılı yazını aşağıdakı linkdən oxuya bilərsiniz:


http://mia.az/w105478/1_saylı_Bakı_İnzibati-İqtisadi_Məhkəməsində_şübhəli_yoxlama_–_Nazir_qərar_verdi_(ÖZƏL)/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA