Prezident Koreya Ticarət və Sənaye Palatasının sədrini qəbul edib - FOTO (Yenilənib)
06-11-2023 [13:09]
Prezident İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını dedi, bununla bağlı təbriklərini çatdırdı. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd etdi.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi