Kılıcdaroğlu uduzdu, Özgür Özəl sədr seçildi - CHP-nin qurultayında ilk gözlənilməz nəticə alındı
05-11-2023 [09:38]
CHP-nin 38-ci növbədənkənar Qurultayında partiyanın parlamentdəki deputat fraksiyasının sədri Özgür Özəl hazırkı sədr Kamal Kılıçdaroğlu ilə sədrlik yarışından qalib ayrılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünən saat 10:00-da başlayan qurultayın ilk günündə 1366 nümayəndə səs veriblər.
Məlumata görə, Özgür Özəl 682, Kamal Kılıçdaroğlu isə 664 səs topladığından tələb olunan kvota yetərli olmayıb.
Bu səbəbdən sədr seçkisi ikinci tura keçib.
Bu gecə yerli vaxtla saat 00.03 başlayan, saat 02.30-da bitən ikinci tur səsverməsindən sonra isə Özgür Özəl 812, Kılıçdaroğlu isə 536 səs toplayıb.
Bu nəticə ilə Özgür Özəl CHP-nin 8-ci sədri oldu.
Digər tərəfdən, Kılıçdaroğlu CHP tarixində vəzifə başında olarkən qurultayda məğlub olan ilk şəxs oldu.
ÖZGÜR ÖZEL KİMDİR?
Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsilini başa vuran Özəl 1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb.
Özəl 2001-2007-ci illər arasında Manisa Əczaçılar Birliyində baş katib, sədr, 2007-2011-ci illər arasında isə Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar və iki dövr baş katib vəzifələrində çalışıb.
Özəl 24, 25, 26, 27 və 28-ci dövrlərdə Manisa millət vəkili seçilib. 25-ci, 26-cı və 27-ci dövrlərdə CHP Qrup sədr müavini vəzifəsini icra edən Özəl 28-ci dövrdə CHP Qrup sədrliyini üzərinə götürdü. Alman və ingilis dillərini bilən Özəl evlidir və bir övladı var.
13 il CHP-yə liderlik edən Kamal Kılıçdaroğlu isə məğlubiyyətdən sonra yeni sədr Özgür Özəli təbrik edib.
Onun təbrik paylaşımını aşağıda olduğu kimi təqdim edirik:
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi