Xristianlar Azərbaycanda necə yaşayırlar: erməni yalanları və gerçəkliklər
04-11-2023 [14:44]
Xristianlara məxsus olan “persecution.org” saytı qərəzli şəkildə iddia edir ki, Azərbaycan xristianların ən çox təqib olunduğu 10 ölkə arasındadır.
Ermənistan mətbuatı da bu xəbəri “bəh-bəhlə” tirajlayır.
Bəs faktlar nə deyir?
1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi — Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunub.
1999-cu ildə Bakı şəhərində Roma Katolik dini icması dövlət qeydiyyatına alınıb. Mərhum Prezident Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrılıb. 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldılıb. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçib. Azərbaycanda nə qədər katolik yaşayır? 500-600 nəfər ola, olmaya. Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir.
Azərbaycanda pravoslav kilsəsi daha böyük nüfuza malikdir. Belə ki, Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də dövlətin qayğısı ilə əhatə olunur. 1990-cı ildən "Azərbaycan-İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərirlər. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınıb. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.
Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün 2011-ci ildə yeni sinaqoq tikilib. Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Prezident İlham Əliyev ölkəmizdəki yəhudi icmasını təbrik edir. Azərbaycanda yeddi sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir. Dağ Yəhudiləri Muzeyi - 2020-ci ildə Qubada açılıb. Dağ Yəhudiləri Muzeyi XIX əsrə aid Karcoq sinaqoqunda yerləşir. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzey dünya yəhudiləri arasında son dərəcə məşhurdur.
Bu ilin aprelində mən xaricdən gələn yəhudi jurnalistlərlə birlikdə Qırmızı Qəsəbədə oldum. Onlarla birlikdə muzey və sinaqoqu ziyarət etdim. İnanın ki, yəhudilərin ağzı açıq qalmışdı. Necə ola bilər ki, bir müsəlman ölkəsində yəhudilərə bu qədər ehtiram göstərilsin.
Şübhəsiz ki, Azərbaycanda müəyyən problemlər var. Ancaq əminliklə demək olar ki, dini və etnik müstəvidə (ermənilər xaric) ölkəmizdə son dərəcə tolerant bir ortam mövcuddur. Bu həqiqəti dəfələrlə əcnəbilər də dilə gətirib.
Ermənilər isə xristian fundamentalıminə söykənən dini mərkəzləri Azərbaycanın əleyhinə qaldırmaq üçün ciddi təbliğat aparırlar. Gördüyünüz kimi, müəyyən nəticələrə də nail olurlar.
Düşünürəm ki, xristianlara məxsus media mərkəzlərində tirajlanan bu kimi erməni yalanlarına Azərbaycanın pravoslav, protestant, katolik və yəhudi icması birgə bəyanatla cavab verə bilər. Qarabağda erməni separatizminə fiziki olaraq son qoya bildik. Ancaq təbliğat müharibəsi davam edir. Biz Azərbaycan olaraq təbliğat müharibəsində də erməniləri məğlub etməyi bacarmalıyıq.
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı