TRAMP NATO ÖLKƏLƏRİNİ HƏDƏLƏDİ: “Bir az cəsarət göstərin, boğaza gedin və…”

img

31-03-2026 [15:58]


ABŞ prezidenti Donald Tramp NATO ölkələrini hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İrana qarşı savaşda onlara dsətək verməyən ölkələrə, xüsusən Britaniya və Fransaya sərt mesaj ünvanlayıb.

ABŞ prezidenti yazılı mesajında bildirib ki, NATO mütəffiqləri qorxaq davranıblar: "Hörmüz boğazı səbəbindən reaktiv yanacaq əldə edə bilməyən və İrana qarşı əməliyyatlarda iştirak etməkdən imtina edən Birləşmiş Krallıq kimi ölkələrə bir təklifim var. Birincisi, ABŞ-dan alın, bizdə kifayət qədər var. İkincisi, bir az cəsarət göstərin, boğaza gedin və neftinizi özünüz alın! 

Bilin ki, ABŞ artıq sizə kömək etməyəcək. Siz  bizə kömək etmədiniz. İndisə sizə ehtiyacım yoxdur. İran əsasən məhv edilib”.
 
Tramp daha sonar Fransaya ünvanlı belə xəbərdarlıq edib: “Fransa İsrailə hərbi texnika daşıyan təyyarələrin Fransa ərazisi üzərindən uçmasına icazə vermir. Fransa İran qəssabı kimi tanınanların zərərsizləşdirilməsi üçün heç bir şey etmədi. ABŞ bunu unutmayacaq!".

Məlumat üçün qeyd edək ki, İtaliya da ABŞ təyyarələrinin Yaxın Şərq əməliyyatları üçün Siciliyadakı bazasından istifadə etməsinə icazə verməyib.

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış ABŞ-ın Polşada yerləşən Patriot raket batareyasını Yaxın Şərqə yerləşdirmək istədiyini, lakin Polşanın bundan imtina etdiyini də açıqlayıb.

Samir Musayev

MİA.AZ    
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA