“Baku Steel Company”nin sabiq rəhbəri Əvəz Zeynallı ilə üz-üzə gəldi: "Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam"
03-11-2023 [16:50]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" “Youtube” kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov məhkəmə zalına gətirilib.
O ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır: “Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan söhbət gedir?
Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.
Rasim Məmmədovun dediyinə görə, Loğman Zülfüqarlını 3 dəfə görüb:
“Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Tənqid başqadır, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.
Hakim şahidin ifadəsinə replikalar atan Əvəz Zeynallıya xəbərdarlıq yazıb.
Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.
Prokuror suallarını verdiyi zaman Əvəz Zeynallı məhkəməyə etiraz edib:
“Məni zala qolumda qandalla gətirirsiniz. Amma Rasim Məmmədovu qandalsız. Hansı haqq-ədalətdən danışırsız”.
Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.
Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədir gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.
Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.
O, əlavə edib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb:
“O sənədləri qaldırın görün, mən Loğman Zülfüqarlıdan 1 faiz pay almışammı?”.
Vəkil: Əvəz Zeynallını heç məhkəməyə vermisiz?
Rasim Məmmədov: Bəli, mən onu Səbail rayon Məhkəməsinə vermişəm.
Əvəz Zeynallı:
“Rasim müəllim, məni görmüsüz? Sizə zəng etmişəm?”.
Rasim Məmmədov:
“Yox. Mən, ümumiyyətlə, telefon gəzdirməmişəm”.
Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib:
Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.
Prokuror Əvəz Zeynallının özünün apara bilmədiyi üçün məhkəmə zalından çıxarılmasını tələb edib.
Hakim əsəbiləşərək Əvəz Zeynallını zaldan çıxarıb. Elə bununla da zalda əyləşən şahidlər etiraz olaraq zalı tərk edib.
Zalda tərəflər arasında dava düşüb. Əvəz Zeynallı zaldan çıxarılarkən məhkəməni və aparılan prosesləri təhqir edib.
Məhkəmə prosesi naməlum vaxta təyin edilib.
Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi