Elmar Vəliyev vitse-prezidentlə nələri müzakirə edib? - Görüş

img

07-06-2014 [18:31]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vitse-prezident Vançay Yonqu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 Mia.az-a daxil olan məlumata görə, görüş zamanı Gəncə şəhərində həyata keçirilməsi mümkün layihələrin istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

 Asya İnkişaf Bakının vitse-prezidenti Vançay Yonq  bugünə kimi həyata keçirdikləri layihələr, işlər barədə icra başçısına məlumat verib. Gəncə şəhərində yolların, nəqliyyat sahəsinin, su təhcizatının, ekoloji mühitin yaxşılaşdırılması məsələrinin həlində maraqlı olduqlarını diqqətə çatdırıb.

 Vançay Yonq  bildirib ki, hazırda onlar Gəncədən Gurcüstan sərhəddinə qədər olan yolun yenidən bir neçə zolaqlı qurulması, genişləndirilməsi  istiqamətində danışıqlar aparırlar.  Əsasən regional layihələrin icrasına üstünlük verən Asiya İnkişaf Bankı bu əlaqələri gələcəkdə də genişləndirmək fikrindədir və bu baxımdan Gəncəyə ilk səfərinin məqsədi də elə budur.

 Gəncə dairəvi yolun çəkilişini maliyyələşdirən bankın vitse-prezidenti onu da əlavə etmişdir ki, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması layihəsini həyata keçirərkən ən çox kəndlərin əhalisi nəzərə alınır. Xüsusən çəkilmiş magistral yolların ətrafında yaşayan fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının ixrac edilməsində bu yollar mühüm əhəmiyyət daşıyır ki, bu da ölkə əhalisinin dayanıqlı inkişafının təmin edilməsində mühüm amillərdəndir.

Hazırda bir çox sahələr üzrə layihələrin icrası məqsədilə Azərbaycan Hökuməti ilə məsləhətlər aparıldığını diqqətə çatdıran Asiya İnkişaf Bankının vitse-prezidenti Vançay Yanq demişdir ki, yaxın zamanlarda əsasən kənd yollarının təmiri və çəkilişinə daha çox diqqət yetiriləcəkdir. 

 Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanda, eləcə də Gəncə regionunda görülən işlərə görə Asiya İnkişaf Bankının rəhbərliyinə minnətdarlıq etmiş və bir neçə məsələ ilə bağlı məsləhətləşmələr aparmışdır. Elmar Vəliyev Gəncə dairəvi yoldan Samux rayonu ərazisinədək olan məsafədə yerləşən kənd və qəsəbə sakinlərinin ehtiyaclarının nəzərə alınaraq magistral yolun yenidən qurulmasını xahiş etmişdir.

 Bank təmsilçisi bu işin həlli üçün əlaqədar nazirliklərlə məsləhətləşmələr aparacağını diqqətə çatdırmışdır.

  Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Asiya İnkişaf Bankının vitse-prezidentinə Gəncədən xatirə olaraq dahi Nizami Gəncəvinin ingilis dilində "Xəmsə”si və üzərində portreti olan xalça hədiyyə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA