07-06-2014 [18:16]
Bu ilin may ayının 11-də Səbail rayon ərazisində üç piyadanın vurulması ilə nəticələnən yol qəzası zamanı yaralanan piyadalardan ikisi Xalid Cəbrayılov və Zəfər Xəlilov mətbuata açıqlama verərək bildiriblər ki, hadisə zamanı onları vuran avtomobili Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev idarə edirmiş və hadisəni də məhz Y.Allahverdiyev törədib.
Maraqlı olan budur ki, mətbuata açılama verən Xalid Cəbrayılov və Zəfər Xəlilov səsləndirdikləri fikirlərdə bir-birini təkzib edən məqamlar var.
Xalid Cəbrayılov və Zəfər Xəlilov bildiriblər ki, hadisədən sonra Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib ki, bu da çox cüzi olub. Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam etdirirlər.
Xəsarət alan Xalid Cəbrayılov hadisə barədə bunları deyib: "Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də basmadı. Mən özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər”.
Mia.az xəbər verir ki, hər iki şəxsin açıqlaması ilə bağlı Veteninfo.az-a danışan Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev bildirib ki, o, hər iki şəxsin açıqlaması ilə tanışdır: "Artıq vəkillərim verilən açıqlamanı əldə ediblər. Baş verən hadisə zamanı orda olmadığımla yanaşı, hadisə ilə hər hansı əlaqəmin olmadığına baxmayaraq Xalid Cəbrayılov və Zəfər Xəlilovun mənim haqqımda KİV-nə belə açıqlamar verməklə, içtimai-siyasi nüfuzuma ləkə gətirməklə yanaşı, bir vətəndaş olaraq da məni şər və böhtana məruz qoyublar. Ona görə də , hər iki şəxsin bu hərəkətləri ilə əlaqədər məhkəmə qaydasında hüquqlarımı müdafiə edəcəm və hər iki şəxs haqqında bu şər və böhtanlarını sübuta yetirmələri üçün Cinayət Məcəlləsinin 147.2-ci bəndi ilə məhkəmədə vəkillərim vasistəsi ilə iddia qaldıracam. Doğurdan da mənim hansısa baş verən hadisədə iştirakım sübut edilərsə mən qanun qarşısında cavab verməyə hazıram. Amma əks təqdirdə Xalid Cəbrayılov və Zəfər Xəlilov məhkəmə qarşısında cavab verməli olacaqlar”.
Yavər Allahverdiyevin sözlərinə görə, hadisə baş verən ərazidə müşahidə kaneraları mövcuddur ki, həmin müşahidə kameraları hüquq-mühafizə orqanları tərəfindən tədqiq edilib və müşahidə kameralarında da avtomobili idarə edən şəxsin mən olmadığım və ümumiyyətlə hadisəni törədən avtomobildə olmadığım açıq-aşkar görünməkdədir. Bu da hadisənin mənim tərəfimdən törədildiyi ilə bağlı səsləndirilən iddiaları alt-üst eləmiş oldu.
Yavər Allahverdiyev Xalid Cəbrayılov və Zəfər Xəlilovun mətbuata hadisədən sonra onların xəstəxana xərclərinin onun tərəfindən ödənildiyi ilə bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, o, nə hadisə günü, nə də hadisədən sonra Xalid Cəbrayılov və Zəfər Xəlilovun xəstəxana xərclərini ödəməyib:
"Çox qəribədir ki, hadisə də yaralanana şəxslərin xəstəxana xərclərin nəyə görə ödəməli idim. Əgər bunlar iddia edirlər ki, onların yerləşdirildikləri xəstəxananın xərclərin mən ödəmişəm. Buyurub həmin xəstəxananın girişində, daxilində mövcud olan müşahidə kameralarını araşdırın. Mən hər iki şəxsin xəstəxana xərclərin ödəməmişəm. Qəribədir iştirakçısı olmadığım, yaxut mənim törətmədiyim bir qəzada xəsarət alan şəxslərin xəstəxana xərclərin mən nəyə görə ödəməli idim?. Bunlar tamamilə yalan və iftiradır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi