"Tarix biganə qalanları bağışlamayacaq" - Latın Amerikası ölkələri İsrailin hücumlarına qarşı çıxdı (Açıqlamalar)
03-11-2023 [08:45]
Latın Amerikası ölkələri İsrailin Cibaliya qaçqınlar düşərgəsinə hücumunu pisləyir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Argentina prezidenti Alberto Fernandez açıqlamasında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumunu pisləyərək, Qəzzanın təcili olaraq humanitar yardıma ehtiyacı olduğunu və yardımların Rəfah Sərhəd Qapısından keçməsinin daha çevik olmasının vacibliyini qabardıb.
HƏMAS-ın əlində 20 Argentina vətəndaşının əsir olduğunu da xatırladan Alberto Fernandez girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
Kuba prezidenti Migel Diaz-Kanel də İsrailin Qəzzaya hücumlarına reaksiya göstərərək deyib: "Tarix biganə qalanları bağışlamayacaq. Biz onların arasında olmayacağıq. Milyonlarla insanın mülkiyyətdən məhrumetmə fəlsəfəsi fəlakətə gətirib çıxarır. İsrailin raketlərinin vurduğu yer bir torpaq parça deyil, Fələstin xalqıdır, onların uşaqlarıl, yaşlı insanlarıdır".
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla isə sosial media hesabında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumunu "qətiyyətlə pislədikləri"ni bəyan edib: "Mülki insanlaır bombalamaq yolverilməzdir...".
Ekvador hökumətindən verilən açıqlamaya görə, İsrailin düşərgəyə hücumu narahatlıqla yaradır: "Biz hadisələri yaxından izləyirik".
Honduras Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) təcili atəşkəs çağırışına əməl etməlidir: "Savaşda tərəflər insan haqlarına istənilən vəziyyətdfə riayət edilməli, yardımlaırn insanlara çatmasına şərait yaradılmalıdır. Orada fəlakətli humanitar faciə baş verir və əsasən uşaqlardan ibarət mülki əhali dəhşət içindədirlər. Təcili atəşəkəsə gedilməlidir”.
Uruqvay Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada mülki şəxslərin həyat təhlükəsizliyinin təmin edilməli olduğu vurğulanıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında Meksikanın müstəqil Fələstin dövlətinin yaradılması ilə iki dövlətli həll iradəsini dəstəklədiyini ifadə edib: "Biz tərəf olmaq istəmirik, çünki biz sülh yolu ilə həll axtarmağın tərəfdarıyıq. Münaqişənin həllini istəyirik. Müharibə dərhal dayandırılmalı və zorakılığın qarşısı alınmalıdır”.
Meksika mətbuatında çıxan xəbərlərdə HƏMAS-ın əlində olan girovlardan ikisinin Meksika vətəndaşı olduğu qeyd edilib.
Peru hökumətindən verilən açıqlamada Qəzzada humanitar vəziyyətin pisləşdiyi deyilirb və İsrailin Cibaliya qaçqınlar düşərgəsinə hücumu pislənib.
Venesuela Xarici İşlər Nazirliyi də Cibaliya qaçqınlar düşərgəsinin bonbalanmasını "ən güclü" şəkildə pislədiklərini bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi