Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-11-2023 [00:03]
Qoç - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq. Günün ikinci yarısında tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq. Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.
Buğa - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.
Günün ikinci yarısı intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir. Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.
Əkizlər - qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız çoxlarını maraqlandıra bilər.
Günün ikinci yarısında iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.
Xərçəng - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz. Tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.
Şir - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.
Günün ikinci yarısı sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun. Gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.
Qız - asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin. Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər istisna deyil.
Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Narahat olmayın, çətinlikləri dəf edəcəksiniz. Özünüzə diqqəti cəlb etmək istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant davranışda ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks təqdirdə sonradan təəssüflənə, peşman ola bilərsiniz.
Əqrəb - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.
Günün ikinci yarısında məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da, mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı işlərin siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana riayət edin.
Oxatan - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.
Günün ikinci yarısı köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksək olmalıdır. Çevik, aktiv olun. Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul olun. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Oğlaq - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik və bacarıqlarınızı artırın. Məhsuldar çalışın.
Günün ikinci yarısında səfərlər pis alınmayacaq. Sərfəli anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar. Axşam saatlarında qəfil xərclər olacaq.
Dolça - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın. İşdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla dil tapın. Ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa, tamahınızı üstələyin. İradəli olun.
Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.
Günün ikinci yarısı yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.
Milli.Az
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı