RƏSMİ MOSKVADAN İSRAİLİN SÜRGÜN PLANINA SƏRT TƏPKİ: "Bu, fəlakətə yol açar" - Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları tezliklə görüşəcək
03-11-2023 [00:03]
"Qəzzalıların Misirin Sinay yarımadasına sürgünü bölgə fəlakət yaradacaq".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Ria Novosti"yə açıqlamasında deyib.
O, İsrail kəşfiyyatının Qəzza zolağındakı fələstinliləri Misirin Sinay yarımadasına köçürmək planı barədə suala cavabda bildirib ki, bu, qəbuledilməzdir.
Zaxarova Misirin hesabat tipli bu plana sərt reaksiyasını xatırladaraq qeyd edib ki, vaxtilə sürgün həyatı yaşamış yəhudilərin indi başqa bir milləti tarixi torpaqlarından sürgün etməyə can atması qəribə hiss doğurur: "Biz hesab edirik ki, bu cür təxribatçı bəyanatlar radikal oriyentasiyaya və qarşılıqlı sərtliyin səviyyəsinin artmasına təkan verir, münaqişələrin uzanmasına, daha çox qan tökülməsinə təhrik edir. Bu cür planlar reallaşarsa, insanların didərgin salınması fəlakətə gətirib çıxaracaq. Və təbii ki, bu, regionda vəziyyəti daha da pisləşdirəcək və daha böyük fəlakətə yol açacaq. Bu, həm fələstinlilərə, həm israillilərə, həm də bütün region üçün dağıdıcı nəticələri doğuracaq. Digər yandan, tarixi torpaqlarda yəhudi dövlətini dirçəltmə fikrinin sahibi olaraq özlərini görənlərin Fələstin xalqının öz torpaqlarından sürgün edilməsi ilə bağlı təkliflərini eşitmək qəribədir...".
Daha sonra bölgədə Fələstin dövlətinin yaradılmasının problemin sülhə aparan yol olduğuu təkrarlayan Rusiya XİN sözçüsü deyib kik, rəsmi Moskva hər iki tərəflə danışıqlar aparır: "Biz uzunmüddətli sülh yolu ilə problemin birdəfəlik həllinin tərəfdarıyıq. Bu istiqamətdə müvafiq addımlar atırıq və bütün tərəflərlə dialoq içindəyik".
Zaxarova İsrailin Qəzzadakı mülki insanlaırn qaldığı qaçqın düşərgələrini vurmasını da yolverilməz olduğunu söyləyib: "Bu, əlbəttə, qəbuledilməzdir”.
Daha sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunan Zaxarovanın sözlərinə görə, Rusiya tərəflər arasında 2020-2022-ci illərdə bağlanmış razılaşmaların əsas götürülməsinin tərəfdarıdır: "Biz bu istiqamətdə növbəti müzakirə üçün ən qısa zamanda paytaxt Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşü təşkil etməyə hazırlaırıq".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi