Naxçıvanda neçə vəzifəli şəxs işdən qovulub? - Daha bir xəbər

img

07-06-2014 [13:57]


Vasif Talıbovun 11 nəfər gömrükçü və bir yüksək rütbəli polis işçisinin işdən qovulması haqda yayılan informasiya ilə bağlı daha bir xəbər var.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, Naxçıvan MR rəhbərliyi Sədərək gömrüyündə rəhbər işçilərinin iştirakı ilə toplantı keçirilb: "Toplantıda isə gömrüyün rəis vəzifəsini icra edən Arzu Əliyevlə yanaşı, onun iki işçisi də sərəncama göndərildi. Yəni, işdən azad olunan gömrükçülərin sayının 11 nəfər olması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Cəmi 3 görmrükçü sərəncama göndərilib. Polis polkovniki Elxan Həsənov isə yaşı ilə bağlı təqaüdə göndərilib. Onun təqaüdə göndərilməsinin gömrükdəki işlə bağlı heç bir əlaqəsi yoxdur».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA