07-06-2014 [11:17]
YAP-çı millət vəkili Aydın Mirzəzadə "Qafqazinfo” ya açıqlamasında Kristofer Robinsonun belə bəyanat verməsinin səbəbinin onun üçün aydın olmadığını bildirib:
"Nəzərə alsaq ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki demokratik inkişafı yüksək qiymətləndirib. Yəni bu gün Azərbaycan özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsidir. Bu baxımdan Azərbaycanı region üçün təhlükə hesab etmək absurddur. Vətəndaşların hüquq və azadlıqlarına verdiyi qiymət isə bu şəxsin Azərbaycandakı vəziyyətdən bixəbər olduğunu göstərir. Azərbaycanda müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə bilirlər. Hesab edirəm ki, ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun səlahiyyətinə aid deyil. İkincisi isə, o Azərbaycandakı vəziyyəti ya bilmir, ya da ki bilərəkdən təhrif edir”.
Millət vəkili vurğulayıb ki, ABŞ səfiri Riçard Morninqstar sonradan mətbuata verdiyi açıqlamada özünü Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü bildirmişdi: "Azərbaycan tərəfi isə səfirin verdiyi bəyanatı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi. Bununla da presedent aradan qaldırılmışdı. Bu gün isə Azərbaycanda olmayan bir şəxs fikir bildirməyə çalışır. Bir qayda olaraq bu ölkə ilə yaxından tanış olan səlahiyyətli şəxslər bəyanat verirlər. Digər tərəfdən isə nə səbəbdən ABŞ-ın ATƏT-lə münasibətlərinə cavabdeh olan şəxsin Azərbaycanla bağlı fikir bildirməsi qaranlıq qalır. Kimlərin ölkə haqqında fikir bildirməsindən asılı olmayaraq Azərbaycan demokratik cəmiyyət quruculuğunu inkişaf etdirmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi