Vasif Talıbov 11 gömrükçü və polis rəisini işdən qovdu – Şok səbəb

img

06-06-2014 [23:01]


Bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinin rəis əvəzi Arzu Əliyev (Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı həbs olunan Məhəmməd Seyidovu əvəz edir) və məntəqənin digər 11 nəfər əməkdaşını, həmçinin Şərur Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Elxan Həsənovu otağına çağıraraq, onları şəxsən özü işdən qovub.

 Axar.az-ın məlumatına görə, səbəb Şərur rayonu ərazisində baş verən bir hadisədir. Belə ki, Azərbaycan vətəndaşı olan bir xanım türkiyəli gənclə ailə həyatı qurub və onların övladları olub. Türkiyəli gənc vaxtsız vəfat edəndən sonra uşaqların ata nənəsi övladlarına sahib durmaq istəsə də, Azərbaycan qanunları ananın haqqını tanıyıb. Ancaq hüquq-mühafizə orqanlarının gözündən yayınan nənə nəvələrini Türkiyəyə gizli yolla keçirməyə müvəffəq olub.

Hadisə barədə Naxçıvan Ali Məclisinin sədrinə Türkiyə MİT-dən məlumat ötürüldüyü qeyd olunur. Ötürülən məlumat isə V.Talıbovun bu işdə sözügedən əməkdaşlardan şübhələnməsinə səbəb olub və nəticədə onlar işdən qovulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA