06-06-2014 [19:08]
Zərdabda rayon əhalisini şoka salan hadisə baş verib.
AzNews.az-a daxil olan məlumata görə, Zərdab rayon Alıcanlı kənd
sakini adı bir çox cinayət əməllərində hallanan İsrail İsmayılov Sarvan adlı
həmkəndlisinin avtomobilini həyətindən qaçırdıqdan sonra maşını ərazidəki su
kanalına aşırıb. Hadisə zamanı bəlli olub ki, avtomobildə İsrail İsmayılovla
yanaşı bir qadın da olub. Alıcanlı kənd sakini olan bu qadının 3 uşaq anası
olduğu da qeyd olunur. Oğurluq avtomobillə törədilən qəza zamanı İ. İsmayılov
ciddi xəsarət almasa da, qadının taleyi barədə müxtəlif şayiələr dolaşır. Bəzi
məlumatlara görə, qadın qəzada dünyasını dəyişib. Bundan başqa həmin qadının
İsmaylov tərəfindən qaçırılması barədə də fikirlər dolaşır. Məlumata görə, İ.
İsmayılov polis şöbəsində saxlanılır. Alıcanlı kənd sakini Sarvan istintaqa
verdiyi ifadəsində də İ. İsmayılovun onun maşınını qaçırdığını təsdiqləyib.
Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Müşviq Əmirov
isə AzNews.az-a bildirib ki, baş verən hadisə adi yol qəzasıdır: "Onun
idarə etdiyi avtomobil yoldan çıxaraq balaca su gölməçəsinə düşüb. Bu zaman isə
ölüm hadisəsi baş verməyib. Yol nəqliyyat hadisənin sxemi çəkilib. Polis
hadisəni araşdıran zaman İsrail İsmayılova məxsus VAZ-21011 markalı avtomobili
sürücülük vəsiqəsi olmadığı üçün cərimə meydançasına aparılıb. Ona protokol
tərtib edilərək izahat alınıb və 152.2 maddəsinə görə ona 100 manat cərimə
kəsilib. Dünən də İsrail İsmayılov cərimə ödənişi etdiyi üçün VAZ-21011 markalı
avtomobilini cərimə meydançasından götürüb”.
Qeyd edək ki, İ. İsmayılov ötən ilin yanvar ayında Zərdab rayonu Alıcanlı kəndində məktəbli olan yaxın qohumunu zorlamaqda ittiham olunub. Qız bu zorlanma hadisəsindən sonra dünyaya uşaq gətirib. Həmin hadisə ilə bağlı açılmış cinayət işi məsələnin ictimailiyi nəzərə alınaraq, Zərdab rayon Prokurorluğundan alınaraq, Respublika Baş Prokurorluğuna həvalə edilib. Amma cinayət işi hələ də məhkəməyə göndərilməyib.
Zorlanan qızın anası Könül İsmayılova AzNews.az-a açıqlamasında iddia edir ki, baş verən hadisə Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən məqsədli şəkildə açılmır.
K.İsmayılova onu da bildirib ki, Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən üstü örtülməyə çalışılan bu hadisə İsmayıovun ilk əməli deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi