Fələstin nümayəndəsi BMT-də "Qəzza hazırda yer üzündə cəhənnəmdir" dedi, israilli rəsmi qəzəbləndi: "Siz oyanana qədər bu ulduzu taxacağıq”
31-10-2023 [13:05]
"Qəzza hazırda yer üzündə cəhənnəmdir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən təcili iclasında çıxış edərkən deyib.
Qəzzada təxminən 2,3 milyon fələstinlinin heç kimin çəkmədiyi əzablara məruz qaldığını bildirən Riyad Mənsurun sözlərinə görə, fələstinlilər mühasirəyə alınıb, bombalanır: "Bəşəriyyəti cəhənnəmdən xilas etmək elə Qəzzadakı fələstinliləri xilas etmək deməkdir. İsrailin hava hücumları nəticəsində Qəzzada evlərin yarısı yerləbir olun, yarısı isə yarıdağılmış vəziyyətdədir. Qəzzə əhalisinin demək olar ki, hamısı hazırda köçkün durumundadır. İnsanlar maşınlarda və ya küçələrdə yatır. Getdikləri və ya yatdıqları yerdə öldürülürlər. Qəzzada ölənlərin sayını artıq dəqiqləşdirmə mümkün deyil. Çünki hər saniyə adam ölür".
Daimi nümayəndə fələstinlilərin gecə-gündüz fərq etmədən ölümlə üz-üzə cəhənnəm içində çabaladıqlarını qabardaraq, üzv dövlətləri hücumu dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə Riyad Mənsurun çıxşını əsəbi qarşılayəb.
O, bundan sonra BMT Təhlükəsizlik Şurasının iclaslarına Holokostun simvolu olan və yəhudilərin tanınmaq üçün geyinmək məcburiyyətində qaldıqları “sarı ulduz”la qatılacağını bildirib: "Siz oyanıb HƏMAS-ın zülmünü pisləyənə qədər bu ulduzu taxacağıq”.
Erdan daha sonra İran lideri Ayətullah Əli Xameneinin idarəçiliyini “Adolf Hitler rejimi” ilə müqayisə edərək, “Nasist rejimi kimi, Ayətullah rejimi də hər yerdə ölüm və dağıntı gətirir” deyib.
BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyanın İsrail-Fələstin münaqişəsi səbəbindən daha bir problemlə üzləşdiyini açıqlayıb: "İsrailin Suriyada Hələb və digər hava limanına zərbə endirir. Bu, oktyabrın 7-də başlayan qarşıdurmanın Suriyaya da sıçradığını göstərir...".
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi