Sumqayıtda küçələrdə gecələyən kimsəsiz qadın... - Sosial Xidmətlər Agentliyi hara baxır? (FOTOLAR) -YENİLƏNİB
02-11-2023 [13:26]
"Salam, bu qadın hər gün axşamlar 8-9-dan sonra Sumqayıtda Heydər Əliyev prospektində (“Ordubad” market ilə üzbəüz, çox vaxt 2-ci mikrorayonda, yolun kənarında "Tantuni dönər №1"in qabağında) ağacın altında oturur, gecələr elə oralarda, binaların arasında, dükanların daldanacağında yerdə yatır.
Bu məlumatı Mia.az-a Sumqayıt sakini verib.
O, həmin qadının uzaaqdan çəkilən fotolarını da təqdim edərək, bildirib ki, ətrafdakılar bu qadına yemək verir: "Çox güman psixi pozuntusu var. Çox acınacaqlı durumdadır. Yağışlı, soyuq havalarda da çöldə qalır neçə aydır artıq. Psixoloji problemi ola bilər, mümkündür ki, kimsəsi yoxdur. Bəlkə də var, bacarmır, amma yazıqdır, insandır, onun da hər bir insan kimi normal yaşamaq haqqı var. Mümkünsə, işıqlandırın, yaxşı olardı çəkiliş aparılardı lap. Heç olmasa aidiyyatı dövlət qurumları onu himayəyə götürürədi, sığınacağa yerləşdirilərdi. Nəsə bir tədbir götürülərdi, kömək edilərdi heç olmasa. Soyuqlar düşəcək yazığın vəziyyəti bir az da pisləşəcək. Bəlkə də neçə aydır gecələr elə oralarda kartonun-zadın və ya düz yerin üstündə yatır. Həmin yer gedişli-gəlişli olduğundan onu orda polislər də, yoldan keçənlər də görür".
Məsələ diqqətdə saxlanılacaq.
***
Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixində dərc olunan bu yazıya Sosial Xidmətlər Agentliyi reaskiya verib. Qurumdan Yeniavaz.com-a bldirilib ki, qurumun əməkdaşları ötən gün müxtəlif saatlarda əraziyə baxış keçiriblər:
“Həmin qadın ərazidə olmayıb. Əməkdaşlar əraziyə yenə də baxış keçirəcəklər. Yaxındakı sakinlər və ictimai-iaşə obyektlərinin əməkdaşlarına da sözügedən qadının əraziyə gəldiyi təqdirdə Agentliyə məlumat vermələri ilə bağlı müraciət olunub. Qadın əraziyə gəldiyi halda Agentlik əməkdaşları onunla görüşərək, sosial xidmətlərə ehtiyacının qiymətləndirilməsini həyata keçirəcəklər”.
Bu açıqlamadan sonra yenidən Mia.az-a müraciət edən sakinlər dövlət qurmunu yalan danışmaqda ittiham ediblər: "Deyirlər ki, guya Sosial Xidmətlər Agentliyi əraziyə baxıb, maraqlanıblar. Guya o qadın ərazidə olmayıb. Halbuki, fakt odur ki, o, elə yenə oralarda yatır gecələr. Axşamlar gəlir yenə. Sadəcə, hər gün saat 20:00 - 21:00 -dan sonra orada olur. Görünür, Sosial Xidmətlər Agentliyindən ya günorta gəllirlər, ya da açıqlama xatirinə açıqlama yayıblar. Yazıqdır o qadın. O qadın bomj deyil, ruhi xəstədir, onun qayğıya ehtiyacı var. Belə adamlar üçün xüsusi yerləri var dövlərin. Dövlət ona sahib çıxmalıdır.."
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi