Bakı məktəblərinə direktor təyinatı və ya... - Deputat elə faktlar açdı ki...
30-10-2023 [21:03]
"Elm və Təhsil Nazirliyi “Təhsilin İnkişafı Forumu 2023: Təhsildən tərəqqiyə” adlı Forum keçirir. Maraqlı ad düşünüblər. Teatr afişasına oxşayır...".
Mia.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev sosial media hesabında yazıb.
Onun sözlərinə görə, məktəbəqədər və orta təhsil sistemi tənəzzül içindədir:

ETİBAR ƏLİYEV
"Yuxarı sinif şagirdləri demək olar ki, dərsə getmirlər. Abituriyentlərin yarısına qədəri müxtəlif ixtisas qrupları üzrə 0-150 bal toplayır. Bunun adı funksional savadsızlıqdır. Ali təhsil sistemi tənəzzül içindədir. Misal üçün, Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Türk Dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər: 7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada".
Deputat deyib ki, məmləkətimizin 1 Universiteti belə TOP-1000 siyahısına düşməyib:

EMİN ƏMRULLAYEV
"Geriləmələr isə davam etməkdədir. Universitetlərin hər birində 1 kafedralıq yaxşı müəllim yoxdur. Proqramlar çağımızın tələblərinə cavab vermir. Dərsliklər yox səviyyəsindədir. Məncə, Elm və Təhsil Nazirliyi Forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı. Tərəqqini izah etmək çox çətindir. Tənəzzülə dair isə saatlarla söhbətlər aparmaq olar".

MEHRİBAN VƏLYEVA
E.Əlyev sonda fikrini belə tamamlayıb: "Maraqlı bir mövzu təklif edərdim. Bakı şəhəri məktəblərinə direktor təyinatının Fuad Babayev təcrübəsi: ontoloji və materialist yanaşma…".
Xatırladaq ki, 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunan Mehriban Vəliyeva bu ilin oktyabrın 6-da vəzifəsindən azad olunaraq, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın həftələrdə Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) çox ciddi kadr dəyişiklikləri həyata keçiriləcək.
İddiaya görə, BŞTİ-nin mətbuat katibi Bəşarət Məmmədov, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, o cümlədən 4 müavindən 3-ü vəzifələrindən uzaqlaşdırılacaq:

"Sizi əmin edirəm ki, BŞTİ-də nəinki kadrlar, hətta idarəetmə üslubu belə dəyişəcək. Çox yaxın vaxtlarda idarəyə yeni müdir təyinatı da həyata keçiriləcək və həmin şəxsin qarşısına görəcəyi və "vuracağı" məmurların siyahısı qoyulacaq...".
Məlumatda o da deyilir ki, M.Vəliyeva vəzifəsindən su-istifadə edərək, Bakıda ən azı 25 orta məktəbə yaxın qohumlarını direktor təyin etdirib: "Əlbəttə, bu cür təyinat və şəbəkələşmədə BŞTİ-nin yuxarıda adıçəkilən vəzifəli şəxsləri də Mehriban Vəliyevadan geri qalmayıblar. Onlar da özlərinə yaxın xeyli yaxınlarının məktəblərdəki "üstün mövqeyi"ni möhkəmləndiriblər...".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi