Britaniyadakı səfirimizin fikri təhrif olunub? - “Azərbaycana ağıl verən lazım deyil”
30-10-2023 [17:08]
İrlandiyanın “thejournal.ie” saytı Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri (2021) Elin Süleymanovun müsahibəsini təqdim edib.
Cənab səfir Avropa Parlamentini Azərbaycanı etnik təmizləmədə ittiham etdiyinə görə tənqid edib və Qarabağ ətrafında söhbətin tonunu “dəyişmək lazımdır” deyib.
“The Journal”a danışan səfir Elin Süleymanov parlamentin ittihamını “emosional qərar” adlandıraraq, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaş kimi işləmək istədiyini deyib: “Bizə ağıl qoyan, mühazirə oxuyan və barmaq tuşlayan lazım deyil”.
Sayt xatırladır ki, bu ayın əvvəlində Avropa Parlamenti Qarabağdakı vəziyyətin etnik təmizləməyə bərabər olduğunu hesab edən və “Azərbaycan ordusunun törətdiyi təhdidləri və zorakılığı” (onlar belə bir yalan və qərəzli “məlumat” uydurublar) qətiyyətlə pisləyən qətnamə qəbul edib.
Parlament həmçinin Aİ və üzv dövlətləri Qarabağdan qaçqın axını və sonrakı humanitar böhranla mübarizə aparmaq üçün Ermənistana dərhal bütün lazımi yardımı təklif etməyə çağırıb. Qətnamə lehinə 491, əleyhinə 9, bitərəf 36 səs çoxluğu ilə qəbul edilib. Sayt yazır: “Azərbaycan bu etnik təmizləmə iddiasını rədd edir, lakin səfir Süleymanov Azərbaycanın sentyabr ayında regiona hücumundan sonra ən azı 100 min insanın Dağlıq Qarabağdan qonşu Ermənistana qaçdığı fikri ilə razılaşır”.
Əminliklə demək olar ki, Elin Süleymanov belə bir şey deməyib. Ümumiyyətlə, heç bir Azərbaycan səfiri keçmiş Dağlıq Qarabağı 100 mindən çox erməninin tərk etdiyini deyə bilməz. Çünki bu iddia Azərbaycan dövlətinin rəsmi mövqeyinə ciddi şəkildə ziddir. Düşünürəm ki, hörmətli Elin Süleymanov səfir kimi bu məqamın təkzib olunması üçün saytın rəhbərliyinə rəsmi şəkildə müraciət etməlidir.
Saytda o da vurğulanır ki, BMT-ın məsələyə münasibəti Avropa Parlamentinin yanaşmasından tamamilə fərqlidir. BMT rəsmisi qeyd edib ki, ermənilərin kütləvi köçü ilə bağlı heç bir zorakılıqdan danışmağa belə dəyməz. Sayt vurğulayır ki, bu ayın əvvəlində “The Journal”a danışan Ermənistanın səfiri Varuzhan Nersesyan Azərbaycanla bağlı vəziyyətin daha da pisləşmək riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti etnik ermənilərin regiona qayıtmaq hüquqlarını təmin etməyə çağırıb.
Azərbaycan ardıcıl olaraq geri qayıtmaq istəyən etnik ermənilərin hüquqlarının müdafiə olunacağını iddia edir, lakin Ermənistan bunun belə olacağına inanmır.
Elin Süleymanov deyib ki, o, Nersesyanın “emosional məyusluğunu” başa düşür və iki ölkə arasında mütləq sülh sazişinin imzalanmasına ehtiyac olduğunu düşünür: “Məqsədimiz hamımızın sülh içində yaşaya biləcəyimiz və hamımız üçün daha firavan gələcəyə doğru bir-birimizlə əməkdaşlıq edə biləcəyimiz bir bölgə yaratmaqdır”.
Cənab Süleymanov əlavə edib ki, “fundamental əhəmiyyətli sual” Ermənistan səfirinin niyə hər zaman Azərbaycanın Qarabağ bölgəsi haqqında danışmasıdır?
"O, başqa heç nə haqqında danışmır",-deyə səfir bildirib.
Sayt iddia edir: “Sentyabrın 19-da Azərbaycanın ildırımsürətli hücumu nəhəng qaçqın böhranı ilə nəticələndi, o zaman Dağlıq Qarabağdakı 120 000 etnik erməninin demək olar ki, hamısı Ermənistana qaçdı”.
Saytın bu iddiasına cavab olaraq cənab Süleymanov qeyd edib ki, 1990-cı illərdə regiondan 800-900 min azərbaycanlı qovulub: “Erməni işğalından xilas olmuş insanların əksəriyyətinin evləri dağıdılıb. Onlar zorakılıqdan, qətllərdən, hərbçilərin azğınlığından qaçırdılar. Azərbaycandan Ermənistana gedən insanlar Azərbaycan dövlətinin göstərişi ilə ərazini tərk etməyib və onları getməyə təşviq edən də olmayıb”.
Elin Süleymanov bildirib ki, hazırda Azərbaycanın istəyi odur ki, hər iki ölkə sülh sazişinə imza atsın.
Sayt qeyd edir ki, ötən həftə Ermənistan sərhədi yaxınlığında Türkiyə ilə birgə hərbi təlimlərə ev sahibliyi edən Azərbaycanla Ermənistan arasında gərginlik artmaqdadır.
Cənab Süleymanov isə bu cür təlimlərin müntəzəm keçirildiyini və Ermənistanın Fransadan müdafiə xarakterli hərbi texnika almasına işarə edərək “Azərbaycan hazır olmalıdır” deyib.
Bu arada Ermənistanın səfiri onu da bildirib ki, Azərbaycan “Ermənistan Respublikasına qarşı açıq şəkildə ərazi iddiası dilə gətirib”. Cənab Süleymanov bu fikri təkzib edərək deyib: “Unutmayın ki, Azərbaycan prezidenti və digər rəsmi şəxslər dəfələrlə təkrar edib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur, Ermənistana hücum etmək planımız da mövcud deyil".
Sayt bildirir ki, Azərbaycan Ermənistan sərhədi yaxınlığında təlimlərə başladığı həmin gün Türkiyə və Rusiya ilə birlikdə hər iki ölkənin nümayəndələri Qərb olmadan həll yolu tapmaq məqsədilə İranın ev sahibliyi etdiyi danışıqlarda bir araya gəldi. Gördüyünüz kimi, danışıqlarda “Qərbin olmaması”na xüsusi vurğu yapılır. Çünki Qərbi narahat edən də elə budur.
Ona da diqqət çəkirlər ki, Aİ-nin ev sahibliyi etdiyi sülh danışıqları bu ayın sonunda Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən təklif edilmişdi, lakin həmin görüş hələ baş tutmayıb.
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi