Tanınmış tərcüməçi-yazar Qorxmaz Hüseynova şikayətləndi: "Qəfil nə görsək yaxşıdır?"

img

06-06-2014 [12:54]


Tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli "Azərsu" ASC-nin rəhbərliyinə şikayət yazdı.

Mia.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir: 

"Hörmətli Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, hörmətli Anar Cəbrayıllı!

Neçə vaxtdır ki, Hövsan qəsəbəsinin Zeytun yaşayış sahəsində su çəkilişləriylə bağlı sizlərə müraciətlər ünvanlayırıq. Əvvəlcədən xəbər verdiyimiz kimi, yaşadığımız 9 evdən ibarət dalana xətt hələ mərkəzi küçə çəkilərkən çəkilməliydi. Ancaq çəkmədilər. Dedilər ki, mərkəzi küçədən sonra 1-ci ilə paralel küçə və arasındakı ara küçələr çəkiləcək, ondan sonra mərkəzi küçəyə paralel olan digər küçə çəkiləndə, sizin dalan da həmin arada olduğu üçün o zaman işlənəcək. Biz bunu 1 ilə yaxındır ki, gözləyirik. Nəhayət, mərkəzi küçəyə paralel olan 2-ci küçə bu yaxınlarda başa çatdırıldı və keçdilər ara küçələrə. 1-ci ara küçə işlənəndən sonra suçəkənlərin özlərinin qoyduğu qaydaya əsasən, növbə bizim küçəyə çatmalıydı. Bu gün həmin küçədə işlər başa çatmaq üzrədir. Ancaq qəfil nə görsək yaxşıdır? Bizim dalan qaldığı halda, işləri digər mərlələyə keçirirlər və Mərkəzi küçəyə paralel olan 2-ci küçəlyə 3-cü küçənin aralığını qazmağa başlayıblar.

İş icraçısına yaxınılaşdım ki, niyə belə edirsiniz? Deyir, mənə nə deyirlər, onu da edirəm. Məsələ Aydın müəllimlikdir. Deyirəm, axı növbəylə bizim dalanı etməliydiniz? Cavab verir ki, sizin dalan əvvəlki mərhələlərdə olmalıydı, ancaq qaldı. İndi gözləyin buraları bitirək, ondan sonra baxarıq.

Mən belə başa düşürəm ki, su çəkilişi prosesi, baş verən səriştəsizlik, qeyri-ardıcılııq, pərakəndəlik, əyintilər barədə vaxtaşırı sosial şəbəkələrdə, mətbuatda məlumatlar verdiyimə, Azərsu ASC-ni mütəmadi bilgiləndirdiyimə görə, işlərə rəhbərlik edən Aydın adlı şəxs mənimlə şəxsi-qərəzlik edir və bu səbəbdən mənim yaşadığım dalana su çəkməyi ləngidərək, digər sakinləri də mənimm oduma yandırır.

Hörmətli cənablar! Xahiş edirəm, işlərin nizamla, ədalətlə aparılmasını təmin edəsiniz. Əks təqdirdə hörmətli prezidentimiz İlham Əliyev cənablarına şikayət etmək məcburiyyətində qalacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA