İlham Əliyevin övladlarının yeni fotosu yayıldı - FOTO

img

06-06-2014 [12:52]


Azərbaycan respublikasının prezidenti İlham Əliyevin övladlarının yeni fotosu sosial şəbəkədə paylaşılıb.

Ölkə başçısının kiçik qızı Arzu və oğlu Heydərin ev şəraitində çəkilən yeni şəkli "Facebook"da yerləşdirilib. A.Əliyeva qardaşı ilə birlikdə kamera qarşısına keçib. Daha sonra isə həmin görüntünü şəxsi səhifəsində izləyiciləri ilə paylaşıb. 

Foto sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və bəyənilib. 

Qeyd edək ki, Arzu Əliyeva ötən gün də Heydər Əliyev mərkəzində keçirilən "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsindən olan video görüntülərini sosial şəbəkədə yerləşdirmişdi. Kadrlarda gecənin fəxri qonağı olan dünyaca məşhur supermodel İrina Şeykin podiumda çıxışı əks edilib(Anspress).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA