İsrail tankları gecəyarısı Qəzzaya girib - HƏMAS isə cavab olaraq raket zərbələri endirib
27-10-2023 [09:07]
İsraillə HƏMAS arasında Qəzzada başlayan savaşın 21-ci günü İsrail tankları gecə saatlarında Qəzzaya daxil olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail ordusu Qəzzaya qarşı növbəti quru sərhədi əməliyyatı keçirib: "Hərbçilərimiz tanklarla Qəzza zolağının şimalına daxil olaraq orada təyin olunmuş hədəfləri uğurla məhv edərək, geri qayıdıblar. Bununla bərabər, gecəboyu Qəzzada müəyyən olunan hədəflərə fasiləsiz hava zərbələri endirilib".
Qəzzadan verilən məlumata görə, İsrail ordusu Qəzza zolağına intensiv hücumları gecə boyu davam edib. İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Xan Yunus şəhərində fələstinlilərin evlərini hədəfə alıb. Hücum nəticəsində ən azı 15 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları isə İsrailin Qəzzaya amansız hücumlarına cavab olaraq Təl-Əviv və Yaffaya raket hücumu təşkil etdiyini açıqlayıb.
Açıqlamada Qəzza zolağındakı hücumlara cavab olaraq, Tel-Əviv, Yaffa və yəhudi yaşayış məntəqələrinə qarşı çoxlu raket hücumlarının həyata keçirildiyi bəyan olunub.
Yerli mənbələrin məlumatına görə, atılan raketlərə görə İsrailin Tel-Əviv və Yaffa da daxil olmaqla, bir çox şəhərlərində sirenlər səslənib. Qəzzadan atılan raketlərin əksəriyyəti İsrailin “Dəmir Qübbə” sistemi tərəfindən havada məhv edilsə də, bəziləri Təl-Əvivə düşüb.
İsrailin Kanal 12 televiziyasının məlumatına görə, "Dəmir gümbəz" müdafiə sistemi Qəzzadan Təl-Əvivə atılan ən azı 10 raketi məhv edib.
Son məlumata görə, Qəzzada həlak olanların sayı 3 mini uşaq olmaqla, 7 mini ötüb.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi