Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTO (Yenilənib)
26-10-2023 [17:16]
Prezident İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.
Prezident İlham Əliyev, ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, bunu dostluq əlaqələrimizin və böyük hörmətin nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin tədbirdə iştirakına görə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığını çatdırmağı xahiş etdi.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğuladı.
Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi və gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ilk növbədə, ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərinin ali rəhbərliyi qüdrətli ölkə olan Azərbaycanla həmişə strateji tərəfdaşlığın önəmini qeyd edir.
Sultan Əhməd Əl-Cabir vurğuladı ki, Azərbaycan qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində ciddi uğurlara nail olub. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin uzunmüddətli tərəfdaşlığa xidmət etməsinə əminliyini bildirdi, eyni zamanda, vurğuladı ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın və strateji tərəfdaşlığın yeni nümunəsinin yaradılması işinə sadiqlik nümayiş etdirir.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.azxəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"