Azərbaycanda toy gecəsi bəyin başına gətirilən faciə - VİDEO

img

06-06-2014 [10:50]


Azərbaycanda toy gecəsi bəyin dostlarının zarafatı faciə ilə nəticələnib. 


"Qafqazinfo" xəbər verir ki, hadisə iki il əvvəl Masallıda baş verib. Bəyin valideynləri ATV-də yayımlanan "Öz aramızda" verilişinə gələrək dəhşətli hadisə ilə bağlı açıqlama veriblər. 

Belə ki, 2012-ci oktyabrın 6-da Yaqubun toyu olub. Dostları toyun sonuna yaxın onu bir neçə dəfə yuxarı atıb tutublar. Sonuncu dəfə isə Yaqubu tutmadıqları üçün başı betona dəyir və bu zaman bel fəqərəsi sınır. Artıq gənc oğlan iki ildir ki, yataq xəstəsidir.

Qeyd edək ki, ailə xalq artisti Canəli Əkbərovun qohumudur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA