MTN-nin tutduğu adama yüksək vəzifə verildi - “Bank of Baku”da yenidən şübhəli «çevriliş» yaşanıb - ÖZƏL

img

05-06-2014 [19:25]


Bir neçə ay əvvəl "Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan sonra sonra sözügedən bankın rəhbərliyində baş verən dəyişikliklər yenidən təkrarlanıb.

 Mia.az xəbər verir ki, mart ayının əvvəlində MTN-nin "Bank of Baku”da keçirdiyi əməliyyatdan bir neçə gün sonra "Bank of Baku” ASC-nin səhmdarlarının Ümumi Yığıncağı keçirilərək, Müşahidə Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi bəhanəsiylə rəhbər dəyişikliyinə gedilib: «Nəticədə MTN-nin əməliyyatına qədər Müşahidə Şurasının üzvü olan Elmir Həbibullayev "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib. Maraqlı odur ki, bu seçimə qədər bankın səhmlərinin 10 faizinin sahibi və Müşahidə Şurasının sədri olan, eyni zamanda, MTN tərəfindən mart ayında bir neçə günlük saxlanıldığı bildirilən Elçin İsayevin vəzifəsi kiçildildi. O, Elmir Həbibullayevin müşaviri təyin olundu».

 Mia.az xəbər verir ki, bu dəyişikliklə bağlı yığıncağın qərarının "mürəkkəbi qurumamış” bankda yenidən "çevriliş” baş verib: «Bu dəfə isə Müşahidə Şurasının sədri Elmir Həbubullayev nəinki sədr postunu, hətta bankı illərlə təmsil etdiyi Müşahidə Şurasındakı üzvlüyünü də itirib. Məsələnin ən maraqlı tərəfi isə Elçin İsayevin yenidən Müşahidə Şurasının sədri vəzifəsinə gətirilməsidir».

 Elmir Həbibullayevin niyə bankdan uzaqlaşdırılması Elçin İsayevin yüksəlişi ilə bağlı da Mia.az-a cəmiyyəti yaxından maraqlandıran faktlar verilib. Lakin bunları hələlik dəqiqləşdirə bilmədiyimizdən təfərrüatlara toxunmuruq.

 Yeri gəlmişkən, adıçəkilən bankın səhmləri 40 faiz payla "NAB Holdinq” şirkəti, 28,89 faiz payla "Azpetrol” neft şirkəti, 11,22 faiz payla sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, 10 faiz payla Elçin Isayev və 9,89 faiz payla "AZİNVEST” MMC-yə məxsusdur. 

 Bankın 40 faiz payla səhmdarı olan NAB Holdinqin adı isə tez-tez mətbuatda Türkiyədə yaşayan qalmaqallı iş adamı Rza Zərabla iranlı iş adamyla hallanır.

 Onu da qeyd edək ki, "Azinvest" MMC-nin rəhbəri isə sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.

 Məsələylə bağlı araşdırmalarımız olacaq. Tərəfin mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA