Həbs xəbəri yayılan icra başçısının müavini: "Yeni vəzifəyə təyin olunmuşam"

img

05-06-2014 [18:58]


Həbs xəbəri yayılan icra başçısının müavini Şakir Alıyev danışıb. 

O, AzNews.az-a bildirib ki, barəsində yayılan məlumatlar cəfəngiyyatdır: "Mən 23 may 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda direktorun ümumi işlər üzrə müavini vəzifəsinə seçilmişəm. Hazırda elmi işimi davam etdirirəm. Həbs olunsaydım, kabinetimdə nə işim var idi?” 

Ş.Alıyev Sabunçu rayon icra başçısı Adil Vəliyevlə münasibətlərindən də danışıb: "Mənim icra başçısı ilə aramda heç bir problem yaşanmayıb. O, böyük insandır və işinin öhdəsindən layiqincə gəlir. Sadəcə mən elmi işimi davam etdirmək üçün müavin vəzifəsindən öz ərizəmlə getmişəm. Buna KİV-lərdə hansısa don geyindirmək lazım deyil”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA