"FİKİR AYRILIĞI YOXDUR" - Netanyahu, müdafiə naziri və Qərargah rəisi birgə bəyanat yaydı
24-10-2023 [09:29]
Rəsmi Tel-Əviv Baş nazir Netanyahu, müdafiə naziri və Qərargah rəisi arasında "etimad böhranı" yaranması barədə deyilənləri rədd edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi birgə bəyanatlarında bildiriblər.
Tərəflər arasında “tam və qarşılıqlı etimad” olduğu ifadə edilən bəyanatda mətbuatdan məsuliyyətli davranmaq, “birliyi və hərbi qüvvələr arasnda ruh yüksəkliyini pozacaq əsassız xəbərlərdən qaçmaq” istənilib.
Xatırladaq ki, "Yediot Ahronot" qəzeti İsrail siyasi və hərbi rəsmilərinə əsaslanan xəbərində Qəzzada quru əməliyyatı yaxınlaşdıqca Netanyahu, Qallant və Baş Qərargah rəisi Halevi arasında etimad böhranı yaşandığını yazıb.
Netanyahunun baş verən qətliamlara görə ordunu günahlandırmağa çalışdığı, komandanlıq səviyyəsinin əmrləri yerinə yetirməkdən çəkindiyi bildirilib.
Oktyabrın 20-də HƏMAS 2 amerikalı girovu azad etdikdən sonra ABŞ-ın digər girovlarla bağlı siyasi danışıqların aparılmasını istədiyi iddia oluna n məqalədə daha sonra deyilir ki, ABŞ Qəzzaya qarşı quru əməliyyatını təxirə salması üçün İsrailə təzyiq göstərir.
Üstəlik, Müdafiə naziri Qallant və ordu komandanlığının Livanda Hizbullaha qarşı qabaqlayıcı hava hücumunu tövsiyə etsələr də, Netanyahu buna qarşı çıxıb.
ABŞ-ın İsrailə böyük hərbi yardım və təyyarə döyüş gəmiləri göndərmək üçün Hizbullahdan müharibəyə başlamasını tələb etdiyi üçün Netanyahunun ilk olaraq Livana hücum əmri verə bilməyəcəyinə diqqət çəkilib.
Qəzetə danışan və adının çəkilməsini istəməyən bir nazir isə Netanyahunu "qorxaq" adlandırıb.
Bildirilib ki, İsrail Ordusunun sözçüsü Daniel Həcəri mətbuat konfransında ordunun quru əməliyyatına hazır olduğunu və “siyasi iradənin əmrini gözlədiyini” ifadə etməsinin Netanyahunun ləng hərəkətinə işarədir.
Yeri gəmişkən, Ordu dünən Qəzzada quru əməliyyatına rsmən başladığını açıqlasa da, sonradan bunun da da Netanyahunun təzyiqi ilə dayandırılması iddiası var.
Müdafiə naziri əvvəlcə şimalda Livana hücum etmək istəyir
İsrailin baş naziri və müdafiə naziri Yoav Qallantın keçmiş fikir ayrılıqlarının mövcud böhranla bir daha ortaya çıxdığı diqqətə çatdırılır.
Netanyahunun mart ayında vəzifəsindən azad etdiyi, lakin daha sonra küçələrdəki etirazlardan sonra vəzifəsinə bərpa etdiyi müdafiə naziri Qallantın əsl arzusunun əvvəlcə şimalda Hizbullahla döyüşmək olduğu bildirilir.
Qeyd olunur ki, Netanyahu Qallantın tələbinə qarşı çıxıb və müdafiə nazirinə bu fikirləri Amerika rəsmilərinə çatdırmağa imkan verməyib.
Netanyahunun təkcə hərbi manevrlərlə bağlı deyil, həm də “ardınca gələcək siyasi fırtınada” Qallant və Halevini günahlandırmağa hazırlaşdığı üçün tərəflər arasında münasibətlərin pisləşdiyi iddia edilir.
Məqalədə HƏMAS-ın saxladığı israillilərlə bağlı dalana dirəndiyi və “hökumətin əsas məsələlərdə razılığa gəlməkdə çətinlik çəkdiyi” vurğulanıb.
Hərbçilər "Həması məhv etmək məqsədinə" şübhə ilə yanaşırlar
Bildirilir ki, Netanyahu və Qallantın ictimaiyyətə təqdim etdiyi “Həması tamamilə aradan qaldırmaq” hədəfi də İsrail ordusunun hərbçiləri tərəfindən şübhə ilə qarşılanır.
“Yedioth Ahranot” qəzeti onu da əlavə edib ki, ordu və hökumət arasındakı digər fikir ayrılığı isə “müharibədə qalib gəldiklərinə nə vaxt qərar verəcəkləri"nin müəyyənləşdirilə bilinməməsi ilə bağlıdır.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi