Gizli sövdələşmə: Mahmud Abbas HƏMAS-ı satıb? - TƏHLİL
23-10-2023 [17:06]
HƏMAS-ın İsrailə hücumu sonrası Qəzzaya zərbələr endirən rəsmi Təl-Əviv genişmiqyasılı quru əməliyyatlarına hazırlaşır.
Əməliyyatların anonsu verilsə də, başlanması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Bu isə öz növbəsində bir sualı aktual edir: İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?
Qəzza əməliyyatının üç etabı
Prinsip etibarilə İsrail silahlı qüvvələri Qəzza zolağında quru əməliyyatlarına başlayıb. Yəni hansısa bir gecikmə yoxdur. Sadəcə əməliyyatlar üç mərhələli döyüş strategiyası əsasında baş tutur.
Birincisi, İsrail ordusu ilk mərhələdə Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HƏMAS döyüşçülərini məhv etmək, infrastrukturunu dağıtmağı özünə hədəf seçib.
İsrail ordusu bu prosesə artıq başlayıb. Qəzza zolağı PUA-lar və raket zərbələri ilə intesiv atəşə tutulur. Bunu ilk öncə ona görə edirlər ki, ikinci mərhələdə itkilərin sayı minumum olsun.
İkincisi, İsrail ordusu növbəti mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər keçirməyi hədəfləyir. Söhbət elit xüsusi təlim keçmiş qruplar ilə Qəzza şəhərində, ətraf qəsəbələrdə və yaşayış məskənlərində antiterror əməliyyatlarının keçirilməsindən gedir. Əslində klassik quru əməliyyatları ən real formada bu mərhələdə başlayacaq.
Üçüncüsü, İsrail ordusunun keçirəcəyi quru əməliyyatlarının sonuncu mərhələsi isə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılmasıdır.
Bu mərhələ kifayət qədər diqqət çəkir. Çünki İsrail quru əməliyyatlarının yekunu olaraq Qəzzanı ilhaq etmək yox təhlükəsizlik rejimi yaratmaq istəyir. Bu isə öz növbəsində bir daha əməliyyatların antiterror xarakterli olduğu məqsədin HƏMAS-ı məhv etmək olduğunu göstərir.
İsrail müdafiə naziri Yoav Qallant əməliyyatların üç ay davam edəcəyini bildirib. Bu bir daha əməliyyatların miqyasının böyüklüyündən və dəqiqliyindən xəbər verir.
Bundan başqa İsrail ordusu şimaldan gələ biləcək Hizbullahın hücumlarına qarşı da müdafiə xətti qurur. Çünki son günlər Hizbullahdan gələn hücumlar da intensivləşib. Quru əməliyyatlarının uğurlu olması fonunda İsrail ordusunun Hizbullaha qarşı da əməliyyatlar başlaması və ya cavab zərbələrini sərtləşdirməsi mümkündür.
Gizli sövdələşmə
İsrailin Qəzzada keçirdiyi quru əməliyyatları ilə bağlı diqqətçəkən digər bir məqam da əməliyyatların keçirilməsində Fələstin maraqlı olmasıdır. Məsələ ondadır ki, Fələstin Azadlıq Təşkilatını və Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşmasının fəaliyyətini və siyasi xəttini Fələstin xalqının təmsilçisi olaraq görmür. Ümumiyyətlə Fələstin Azadlıq Təşkilatı və HƏMAS-ın bir-birinə qarşı mövqeyi heç vaxt yaxşı olmayıb.
Təsadüfi deyil ki, İsrailin Qəzzaya vurduğu zərbələr və başlamağa hazırlaşdığı quru əməliyyatlara Mahmud Abbas elə də ciddi reaksiya vermədi. Ən əsası Fələstin qüvvələri nə HƏMAS-ın İsrailə hücumuna dəstək verir, nə də İsrailin Qəzzaya endirdiyi zərbələrə görə, İsrailə zərbələr endirir.
Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatı indiki məqmada İsrailin HƏMAS-ı məhv etməsini istəyir, hətta bu istiqamətdə bir sıra kəşfiyyat məlumatlarını MOSSAD-la bölüşüb. Fələstinin burada qazanacı əməliyatlardan sonra Qəzaya nəzarətin Fələstinə keçməsidir. Mümkündür ki, Qəzza Fələstin-İsrail ortaq idarəsinə bir rejimlə də idarə edilə bilər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi