MÜƏLLİMLƏR APARAT RƏHBƏRİNƏ ŞİKAYƏT ETDİ: "Rektor qardaşına tapşır ki..." - Universitetin ərazisində kafe, "Avtozavod"da tikilən villalar, təmir adıyla silinən pullar və...
23-10-2023 [09:05]
Gəncə Dövlət Universitetinin müəllimlərinin rektor Yusif Yusifovdan növbəti şikayətləri var.
Bu barədə GDU-dan Mia.az-a verilən məlumata görə, universitetin bir qrup müəllimi rektor Yusif Yusifovun Maliyyə Nazirliyinin "kilid adamları"ndan olan qardaşı, aparat rəhbəri Cavanşir Yusifova üz tutublar.
Onlar aparat rəhbərinə müraciət edərək, himayəsi ilə rektor təyiun olunan və bu gün də onun himayəsi ilə GDU-nu şəxsi təsərrüafatı kimi idarə edən qardaşı Yusif Yusifova "dur" deməyə çağırıblar:
"Hörmətli Cavanşir müəllim.

CAVANŞİR YUSİFOV
Bir az qəribə səslənsə də, biz Sizə müraciət etmək qərarına gəldik. Çünki Gəncə Dövlət Universitetində olan özbaşınalıqlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər Prokuroru Azad Qarayevə dəfələrlə şikayət etsək də, Sizə görə heç kim burada baş verən qanunsuzluqlara müdaxilə elmir. Əksinə, hər şikayət olunanda, qardaşınız Yusif Yusifov onları da aaşağılayan ittiham irəli sürür...

Ona görə də, qardaşınızı hər vəchlə müdafiə etdiyiniz üçün biz - Gəncə Dövlət Universitetinin müəllimləri olaraq, Sizə müraciət etmək qərarına gəldik. Ən azından müdafiə etdiyiniz şəxsi başa sala və düzgün yol göstərə bilərsiniz. Bir daha xatırladırıq ki, respublikada ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Buranın müəllimləri 350-400 manat arası maaş alırlar. Universitetin elmi dərəcəyə malik dosentlərinin maaşı 710 manat təşkil edir. Halbuki, digər universitetlərdə bu maaş dəfələrlə yüksəkdir.
Cavanşir müəllim, Siz maliyyə sistemində 2-3 kilid adamdan birisiniz. İndiki bahalıq şəraitində bu maaşla dolanmağın qeyri-mümkün olduğunu dəqiq bilirsiniz. Universitetin büdcəsi müxtəlif adlar altında Sizin qardaşınız və onun yaxın ətrafı tərəfindən talan olunur. Barı Siz onu başa salın. Ayıb deyilmi, bu adam müəllimlərin, eləcə də işçilərin maaşını niyə qaldırmır? Laborant heyəti 270-300 manat maaş alır. Hamı, bütün şəhər danışır ki, GDU-dakı bu maliyyə yeyintilərini Cavanşir Yusifov, yəni siz və nazir ümavini Azər Bayramov ört-basdır edir. Artıq kollektiv Sizin qardaşınızdan da, elə sizdən də beziblər...".
Rektorun Gəncənin "Avtozavod" deyilən ərazisində iki ev tikdirdiyini deyən müəllimlər aparat rəhbərindən soruşur: "Qardaşınızdan soruşun, yeni evinə yaxın tikilən ev kimindir? Kim tikdirir? Bu qədər universitetin pullarını talayır, ikimərtəbəli bir tədris binasının təmirinə 3 milyon manata kimi vəsait ayırıblar. Halbuki bu bina var, sizcə ikimərtəbəlii bir binanın təmirinə 3 milyon ayrımaq nə deməkdir?! Bu qədər pulla bir rayonu az qala dirçəldirlər, lakin GDU-da bir imza ilə təmir adı ilə haralara yönləndirilir bu pullar?
Təsəvvür etməyin, elə baxsanız, görərsiniz ki, Gəncə Dövlət Universitetinin Bayraq meydanı yaxınlığında yerləşən 2-ci korpusunun həyətində qeyri-qanuni olaraq kafe tikilir.

YUSİF YUSİFOV
Bu kafe həm tədris korpusunun möhtəşəm görüntüsünə pozur, həm də auditoriyanın qarşısını tutur. Professor-müəllim heyətinin haqlı narazılığından sonra Gəncə Şəhər İcra Hakimiyyəti bu kafenin sökülməsinə göstəriş verdi. Lakin, gözdən pərdə asmaq üçün azaçıq bir hissəsi söküldü və söküntü dayandırıldı. İndi isə həmin kafeni yenidən tikmək istəyirlər. Vaxtı ilə bu universitetin kafe tikilən ərazisinin "Kontakt Home" mağazasına satıldığı üçün universitetin sabiq rektoru Yadiğar Əliyevi vəzifədən azad etmişdilər. İndiki rektor isə bir qədər də qabağa gedərək, həm həmin ərazinin bir hissəsini bu mağazaya satdı, indi isə həmin ərazinin bir hissəsində Tədris işləri üzrə prorektor Şahin Xurşudov kafe tikdirir.
Hələlik, Sizə müraciət edirik ki, onu başa salın...".
Məəslə ilə bağlı GDU-dan münasibət öyrənə bilmədik.
Tahir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi