Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib - Qətnamə qəbul olunub (Yenilənib)
19-10-2023 [17:18]
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayınının nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
Biz - Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları bizə ünvanladığınız müraciətinizdə Azərbaycan qadınlarına verdiyiniz yüksək qiymətə və bu tədbirin keçirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk. Bir daha vurğulayırıq ki, Qurultayın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasından böyük fəxarət hissi keçiririk.
Azərbaycan qadınlarının müxtəlif illərdə keçirilən qurultayları və forumları ölkədə qadın hərəkatının fəallaşmasına səbəb olmuş, onun daha mütəşəkkil xarakter almasında mühüm rol oynamışdır. Bu platformada qadınlar ölkənin ictimai siyasi həyatında baş verən hadisələrə və onların qadınların vəziyyətinə təsirlərinə münasibət bildirirlər, qadın hüquqlarının təmin edilməsi ilə bağlı geniş müzakirələr aparır, nailiyyət və problemləri vurğulayırlar.
Qurultayın Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və erməni əsarətindən azad edilmiş torpaqlarımıza Böyük Qayıdış dönəmində keçirilməsi bizi qürurlandırır və ölkəmizin parlaq gələcəyi naminə səfərbər olmağa sövq edir.
Müzəffər Ali Baş Komandan kimi Sizin qətiyyətli rəhbərliyiniz, Rəşadətli Azərbaycan Ordusunun əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizlənərək, 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qeyd etməyi lazım bilirik ki, bu zəfəri həm də Azərbaycanın məğrur, qeyrətli qadınları və analar qazandılar. Bütün xalq gücünü Sizin dəmir yumruğunda cəmləyərək onu düşmənin başına endirməkdə Sizə dəstək oldular.
Bu gün müharibəsinin acı nəticələrinin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, qaçqın və məcburi köçkün əhalinin qayıdışının təmin olunması, əhalinin rifahı və həyat səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdir. Bu məqamda da Azərbaycan qadınının ön sıralarda olacağı şübhəsizdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda Sizin müdrik rəhbərliyinizlə sülhyaratma və reinteqrasiya məsələlərinində uğurla reallaşacağına əminliyimizi ifadə etmək istərdik.
Bu gün biz Azərbaycan Qadınlarının VI Qurultayında bir daha fəxrlə vurğulayırıq ki, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin əsasını qoymuş Dahi Lider Heydər Əliyevin davamçısı kimi, Sizin tərəfinizdən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə gender bərabərliyinin təmin olunmasına, qadınların ictimai həyatın bütün sahələrində kişilərlə bərabər iştirakına, məşğulluğunun artırılmasına, onlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə diqqət artmış və bu sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Türkiyə, Özbəkistan və Tacikistan respublikalarının dövlət rəsmilərinin, beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin də qatıldığı VI Qurultay öz işini uğurla başa vurdu. Respublikamızın bütün regionlarının təmsil olunduğu bu möhtəşəm tədbirdə Böyük Qayıdış, qadın hüquqlarının təmin edilməsi, sosial-iqtisadi islahatların gender aspekti, gender məsələləri ilə bağlı müasir tendensiyalar və növbəti qurultaya qədərki dövrün hədəflərinə dair mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıldı və yekunda Qətnamə qəbul edildi.
Biz etiraf edirik ki, qloballaşan müasir dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər eyni ilə Azərbaycanda da mövcuddur. Xüsusilə gender əsaslı ayrı-seçkilik, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri beynəlxalq aləmdə fundamental insan hüquqlarının pozulmasına zəmin yaradan narahatedici məsələlər kimi hədəfə alınaraq onlarla mübarizə aparılır.
Azərbaycan Qadınlarının VI Qurultay iştirakçıları Sizə müraciət edərək, ölkədə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinin genişləndirilməsi, onların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının stimullaşdırılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsi istiqamətində bizə dəstək olacağınıza inanırıq. Bu yolda Sizə uğurlar arzu edirik!
Hörmətli cənab Prezident!
Biz, bütün Azərbaycan qadınlarını təmsil edən Qurultay nümayəndələri, Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttinizi, dərin zəka, və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə olan etibarımızı, inamımızı bildiririk".
***
Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib, qətnamə qəbul olunub.
Mia.az xəbər verir ki, sənəd 13 bənddən ibarətdir.
Qətnamədə vurğulanıb ki, qurultayda müəyyən edilən vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılmalı və qurultayarası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunmalıdır.
***
Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb.
MİA.AZ xəbər verir ki, ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.
Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olacaq.
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edir.
Çıxışçılar yuxarıda qeyd olunan məsələləri müzakirə edəcək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi