DTX: "Erməni silahlı birləşmələrinin təyyarələrə radiomaneələr yaratdıqları komplekslər aşkarlanıb" - VİDEO
19-10-2023 [09:45]
Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ciddi araşdırılır.
Mia.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.
2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınıb.
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xarakterli antiterror tədbirləri nəticəsində tərk-silah edilmiş sözügedən silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilib.
Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə edildiyi müəyyən olunub.
“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi