BAYDENDƏN MÜHÜM MESAJLAR: "Əgər İsrail olmasaydı, biz daha bir İsrail yaradardıq" - "Sizə söz verirəm ki..."
19-10-2023 [00:03]
İsrailə səfər edən ABŞ prezidenti Co Bayden Təl-Əvivdə keçirdiyi görüşlərdən sonra bölgədəki hazırkı vəziyyətlə bağlı çox mühüm mesajlar verib.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, İsrail dövlətinin dünyada yəhudi xalqı üçün təhlükəsiz bir yer olaraq qurulduğunu söyləyən Baydenin sözlərinə görə, ölkəsi hər zamandan olduğundan da güclü şəkildə dost və qardaş ölkənin yanındadır: "Əgər indi İsrail olmasaydı, biz yeni İsrail yaratmaq məcburiyyətində qalardıq. İsrail yenidən yəhudilər üçün təhlükəsiz yerə çevrilməlidir. Bunun üçün əlimizdən gələni edəcəyimizə söz verirəm. Bilirsiniz ki, ABŞ prezidenti Harri Truman 75 il əvvəl - yaradılmasından 11 dəqiqə sonra İsraili tanıyan ilk dövlət olub. O zaman da İsrailin yanında olduğumuzu göstərmişdik, indi də göstərəcəyik".
ABŞ və İsrailin təkcə gücləri ilə ölçülən dövlətlər deyil, nümunə göstərməklə güc verən dövlətlər olduğunu deyən Bayden bildirib ki, ABŞ İsrail və Fələstin xalqlarının birlikdə yaşaya bilməsi üçün ləyaqətli həll yolu arayışındadır: "Bu səbəbdən iki dövlətli həll yolunun təmininə çalışırıq. Biz İsrailin qonşuları ilə təhlükəsiz və rahat yaşaya bilmələrinə çalışırıq. Mənim məqsədim budur".
Oktyabrın 7-də baş verən hücumlar, insan itkiləri və girovlardan danışan Bayden daha sonra deyib: "İsrailə bir mesajla gəldim: siz tək deyilsiniz. ABŞ prezidenti olaraq girovların azad edilməsi və sağ-salamat evlərinə qayıtmasından başqa prioritet gündəmimiz yoxdur".
Bayden ABŞ donanmasının Aralıq dənizinun şərqində təhlükəsizliyi təmin etmək üçün bölgədə olduğunu da sözlərinə əlavə edib: "İsrailə qarşı növbəti təcavüzdən əl çəkmək və bu münaqişənin yayılmasının qarşısını almaq üçün hərbi varlığımızı bölgəyə daşıdıq. Dünya İsrailin hər zamankindən daha güclü olduğunu biləcək".
ABŞ lideri fələstinlilərin böyük əksəriyyətini təmsil etmədiyini iddia etdiyi HƏMAS-ın Qəzzada günahsız ailələrdən canlı qalxan kimi istifadə etdiyini qeyd edib: "HƏMAS-ın yaşayış məntəqələrində komanda mərkəzləri qurub, silahlar yerləşdirib, tunellər salıb. Əlbəttə, bu faciədə ölən və ya yaralanan ailələr üçün böyük kədər hissi keçirirəm. Bəli, Qəzza xalqının qidaya, suya, dərmana və sığınacağa ehtiyacı var. ABŞ həm Qəzza, həm də İordan çayının qərb sahilinə 100 milyon dollarlıq humanitar yardım edəcək. Bu pul Qəzzada təcili ehtiyaclar da daxil olmaqla, münaqişə nəticəsində köçkün vəziyyətinə düşmüş 1 milyondan çox fələstinliyə dəstək olacaq. Yardımın bölgəyə yetişməsi üçün Misir hökuməti, Birləşmiş Millətlər Təşkilatı (BMT) və bölgədəki digər tərəfdaşlarla sıx əməkdaşlıq" içindəyik".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi