Bulvarda qadağan başladı

img

05-06-2014 [12:05]


Bulvarda sellafon torbalardan istifadə qadağan olunub. 

ANS PRESS-in məlumatına görə, bunu ANS-də yayımlanan "Günə Baxan” verilişində iştirak edən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, ərazidə ancaq kağız torbalardan istifadə edilir. Nazim Məcidovun sözlərinə görə, bunda məqsəd Dənizkənarı Bulvar ərazisinin zibillənməsinin qarşısını almaqdır. 

Qeyd edək ki, bulvarda həmçinin sakinlərin atdığı saqqızları təmizləmək üçün xüsusi briqada da yaradılıb. 

Xatırladaq ki, gün ərzində minlərlə insanın istirahət etdiyi bulvar ərazisində təmizliyə riayət edilməsi üçün hətta saqqız təmizləyən briqadalar yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA