Putin niyə sülhməramlıların 2025-ci ilə qədər Azərbaycanda qalmasını istəyir? - TƏHLİL
17-10-2023 [17:08]
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib. Bununla da 19 sentyabrdan bəri Əsgəran, Şuşa, Xocavənd və Ağdərədə ümumilikdə 24 müşahidə və 16 müvəqqəti məntəqə ləğv edilib.
Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin bir-bir ləğv edilməsi diqqət çəkir. Rusiyanın sülhməramlıları Azərbaycandan çıxarmaq niyyəti yoxdur.
Bunu Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında dedikləri də təsdiqləyir.
V.Putin deyib ki, “Rusiya sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır, lakin tərəfdaşlarımızla məsələni dialoq yolu ilə həll etməliyik”.
Putinin sözlərindən iki nüans diqqət çəkir:
1. Rusiya sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır;
2. Tərəfdaşlarımızla məsələni dialoq yolu ilə həll etməliyik;
Putin “sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır” deyərək 10 noyabr bəyanatına istinad edir. Prinsip etibarilə sülhməramlıların səlahiyyət müddəti 2025-ci ildə bitir. Putin yaxşı anlayır ki, rəsmi Bakı sülhməramlıların səlahiyyət müddətinin uzadılmasını istəmir. Rəsmi Bakı hətta bu prosesin vaxtından tez baş tutmasını istəyir. Putin isə rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını istəmir. Buna görə də sülhməramlıların daha iki il qalmasını istəyir.
Aydın məsələdir ki, bu gün regionda sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayıb.
Rusiyanın ehtiyac qalmasa da, sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:
Birincisi, 2025-ci ilə qədər Qarabağı tərk edən ermənilərin bir çoxu geri qayıda bilər. Bu, baş versə, Rusiya “reinteqrasiyaya töhfə” adı altında Azərbaycanda qalmaq istəyə bilər.
İkincisi, 2025-ci il Azərbaycanda prezident seçkiləri baş verəcək. Putin rəsmi Bakının başının daxili işlərinə qarışacağını bildiyi üçün 2025-ci ilə qədər sülhməramlıların Qarabağda qalmasını istəyir.
Üçüncüsü, Qərb və ABŞ regionda müxtəlif adlarda missiyaların gəlməsini, habelə təhlükəsizlik tədbirləri çərçivəsində BMT hərbi missiyanın Qarabağa gəlməsini istəyir. Rusiya 2025-ci ilə qədər bu tələblərin artacağını bilir və buna görə də sülhməramlıların həmin vaxta qədər Qarabağda qalmasını istəyir.
Nəticə etibarilə hər üç məqamda bir şeyə hesablanıb. Rusiya 2025-ci ilə qədər sülhməramlıları Azərbaycanda saxlayaraq əslində səlahiyyət müddətini, hətta say tərkibini artırmaq istəyir.
Azərbaycanın bununla razılaşma ehtimalı var. Hər halda beynəlxalq hərbi kontingentin Qarabağa gəlməsindənsə Rusiya sülhməramlılarının Qarabağda qalması Bakı üçün daha məqbuldur.
Sülhməramlıların səlahiyyət müddətinin 2030-cu ilə qədər uzadılması isə öz növbəsində Qarabağda separatçılığın gələcəkdə yenidən zühur etmə ehtimallarını artırır.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi