Hakan Fidan Beyrutda İsrailə "Oğru" dedi: "Buraxın uydurduğunuz yalanları..." - Problemin həlli yolu Fələstin dövlətinin elanıdır" (VİDEO)
17-10-2023 [16:06]
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Beyrutda Livanın xarici işlər naziri Abdullah Buhabib ilə birgə mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, günlərdir Qəzzanı mühasirəyə alan və minlərlə dinc sakinin ölümünə səbəb olan Tel-Əviv rəhbərliyini kəskin tənqid edən nazir Hakan Fidanın sözlərinə görə, İsraill illərdir uydurduğu yalanlarla dünya ictimaiyyətini də, özünü də aldatmağa davam edir: “Uydurmaları ilə həm özlərinə, həm də dünyaya yalan danışırlar. İllərdir bu, belədir. Artıq bu yalanlara son qoymağın, edilən haqsızlığa, zülmə son qoymağın vaxtıdır. İsrail uydurmalarından əl çəkməlidir".
Qəzzada davam edən dramın dayandırılması üçün çalışdıqlarını deyən türkiyəli nazir bildirib ki, xüsusilə Qəzzada əhaliyə humanitar yardımın çatdırılması ilə əlaqədar başda Misir olmaqla, bölgə ölkələri ilə sıx təmasdadırlar: "Biz, eyni zamanda, sülh üçün hansı addımların atıla biləcəyini öyrənməyə çalışırıq. Bu müharibədən böyük müharibə də, tarixi sülh də ola bilər. Prezidentimiz də sülh üçün çalışır. Az qala beynəlxalq qəbula çevrilmiş iki dövlətli həllin artıq zamanı çoxdan çatıb. Dünya da artıq bu formulu qəbul edib. Fələstin Dövlətinin qurulması təxirə salındıqca, bölgəyə sülh gəlməyəcək. Son hadisələr bunu sübut etdi. Sabah Ciddədə İƏT Xarici İşlər Nazirlərinin növbədənkənar iclası keçiriləcək. Türkiyə olaraq ikitərəfli və çoxtərəfli görüşlərdə həqiqəti söyləməkdən çəkinmirik. Fələstin Dövlətinin yaradılması istiqamətində indiyə qədər yetərli addımlar atılmayıb. Təkrar edirəm, İsrail illərdir uydurduqları qavrayışla həm özlərinə, həm də dünyaya yalan danışır. Bəli, haqsızlıqların, zülmün ört-basdır edilməsinə son qoyulmalıdır. Beynəlxalq ictimaiyyətə çağırışımız budur ki, bildiyiniz faktlara uyğun hərəkət edin. Siz nə edildiyini çox yaxşı bilirsiniz, biz də bilirik".
Daha sonra İsrailə yönəlik tənqidin dozasını artıran Hakan Fidan deyib: "Sən Birinin torpağını işğal edirsən, evinə girib ailəsini dağıdır, özünü çölə atırsan. Sonra da başqasını gətirib ora, onun evinə yerləşdirirsən. Buna da daha sonra məskunlaşma deyirsən. Bu, elə deyil. Bu, oğurluqdur. Buna oğurluq deyirlər".
Tahir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi