Ceyhun Bayramov britaniyalı nazirlə müzakrədə: "Konstruktiv yanaşma hər zamankından daha vacibdir"
17-10-2023 [15:33]
Xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Mia.az-a bildrilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək, Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal antiterror tədbirləri nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.
Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərk-silah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı, bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin 30 ilə yaxın davam edən münaqişənin bitməsi, habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımların sülh səylərinə töhfə vermədiyi, bu xüsusda beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hər zamankından daha vacib olduğu qeyd edilib.
Dövlət katibi Ceyms Kleverli, bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi