Sabiq deputat hakim qarşısına çıxarıldı
16-10-2023 [15:44]
Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə verib.
İfadə verən Azad Cavadov onun sadəcə, 55 min manat kreditdən xəbəri olduğunu bildirib: "2010-cu ildə işimdən ayrılmışam. İşlədiyim yer Beynəlxalq Bankın tərkibində idi. Mən çıxandan sonra işlədiyim şirkət bankdan ayrıldı. Bir gün bankdan zəng etdilər ki, müəyyən lahiyələrin həyata keçirilməsi məqsədilə kredit götürüləcək. Mən adam tapmalı idim. Cahangir Hacıyev zəng etdi ki, narahat olma, krediti özümüz ödəyəciyik. Rauf Şahbazovla birgə getdik banka, kredit üçün blank doldurub çıxdıq. Kredit üçün ayrılan pul bankın kassasında qaldı. 2015-ci ildə xəbərim oldu ki, kredit ödənməyib. İş üzrə zərərçəkmiş şəxslırdən sadəcə, Rauf Şahbazovu tanıyıram".
Daha sonra sabiq deputat Dünyamin Xəlilov ifadə verib.
O, ifadəsində bildirib ki, bankda ayrı-ayrı adamların adına kreditlər rəsmiləşdirilib: "Bankda ayrı-ayrı fiziki şəxslərin adına müəyyən lahiyələrin icrası adına kreditlər rəsmiləşdirilirdi. 2007-2012-ci illərdə Kamal Abbasov və başqa adamlar kredit götürmüşdü. Kamal Abbasov Cahangir Hacıyevin dostu idi. 2-3 lahiyənin rəhbəri idi. Sonradan mənə dedi ki, kreditləri ödəyə bilmirəm. Cahangirlə danışdım dedi həll edəcəyik. Ümumilikdə 3 fiziki şəxsin adına kredit götürülməsi üçün Cahangir Hacıyev zəng edib xahiş etdi. Amma pul bankın kassasında qalıb. Hansısa lahiyələrin icrası üçün istifadə edildiyini dedilər".
Daha sonra məhkəmə bu işdə şahid qismində qeyd olunan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin prosesdə dindirilməsinə qərar verib.
Proses noyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.
Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.
Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.
Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi